Sevgi varmı? → Sevgi nədir? Uşaqların dilində...
Uşaqlar arasında keçirilən müsabiqədə "Sevgi nədir?" sualına belə cavab vermişdilər:
Sevgi nədir? Sevgi - odur ki, səni kimsə sevir, o sənin adını ayrı cür tələffüz edir. Sənin adın onun dilində çox rahat səslənir.
Billi, 4 yaş
Nənəm artrit xəstəliyinə tutulmuşdu, o daha əyilə və ayaq dırnaqlarını lakla rəngləyə bilmirdi. Onda babam bunu onun üçün etməyə başladı. Hətta öz əllərində də artrit başladıqdan sonra bunu edirdi. Budur sevgi.
Rebekka, 8 yaş.
Sevgi odur ki, sən öz qızardılmış kartofunu kimləsə bölüşürsən və gözləmirsən ki, səninlə həmçinin bölüşsünlər.
Krissi, 6 yaş
Sevgi odur ki, səni gülümsəməyə məcbur edir, hətta yorğun olsan da.
Terri, 4 Ardı »