Sevgi varmı? → Susuz Qalmış Çiçək !
Günün birində bir çiçəklə su qarşılaşar və yoldaş olarlar. İlk əvvəllər gözəl bir yoldaşlıq olaraq davam edər birlikdəlikləri, təbii zaman lazımdır bir-birlərini tanımaq üçün. Gəl zaman, get zaman çiçək o qədər xoşbəxt olar ki, xoşbəxtlikdən içi içinə sığmaz artıq və anlar ki, Suya aşiq olmuşdur. İlk dəfə aşiq olan çiçək, ətrafa qoxular saçar, "Sırf sənin xətrin üçün ey su" deyə ... Elə zaman gəlir ki, artıq su da içində çiçəyə qarşı bir şey hiss etməyə başlamışdır. Zənn edər ki, çiçəyə aşiqdir amma su da ilk dəfə aşiq olur.
Günlər və aylar bir-birini kovalalar və çiçək görəsən "Su məni sevirmi?" deyə düşünməyə başlar. Ardı »