Sevgi varmı? → Gecikmiw Sevgi
""Gecikmiş Sevgi""
Daha hələ 18 yaşında idi, amma həyatının sonundaydı. Müalicəsi mümkün olmayan ölümcül bir xərçəngə tutulmuş, dərd içində evə bağlanmışdı. Küçəyə çıxmırdı. Anası və bir də özü. O qədər idi bütün həyatı. Bir gün pis darıxdı, dözə bilmədi, atdı özünü küçəyə. Bir yığın vitrinin qarşısından keçdi.
Tam bir CD satan dükanı da geridə buraxmışdı ki, bir an dayandı. Geri döndü, gözünə sataşan gənc qıza bir daha baxdı. Öz yaşlarında gözəl bir gənc qız idi dəzgahdar. İlk baxışda eşq buna deyərlər sanki. İçəri girdi. Qız gülümsəyərək qaçdı ona. "Sizə necə kömək edə bilərəm" deyə soruşdu. Necə bir gülümsəməydi o. Elə burdaca Ardı »