Maraqli Melumatlar ve gozellik sirleri → Qüsurlarımızdan necə azad olaq?
Bu, danılmaz bir faktdır ki, hamının, xüsusilə də qadınların üzündə bəyənmədiyi bir hissə var və bu, daim onları narahat edir.
Ancaq bu, çox böyük problem deyil. Çünki bütün bu kiçik qüsurları gündəlik istifadə edilən makiyaj vasitələri ilə də asanlıqla örtmək olar. Həmin üsulları sizlərə təqdim edirik:
Burun – Əgər sizin burnunuzdan şikayətiniz varsa, onda yaxşı olar ki, diqqəti başqa yerə yönəldəsiniz. Bunun müxtəlif yolları var. Məsələn, gözlərinizi, dodaq və almacıq sümüklərinizi biruzə verən makiyajdan istifadə etmək olar. Əgər gözünüzün altında qaraltı varsa, bunları örtməyə çalışın. Əks təqdirdə burnunuz daha sivri görünə bilər. Göz makiyajında tuş və boyalardan düzgün istifadə burnun ölçüsünü kiçildə Ardı »