Maraqli Melumatlar ve gozellik sirleri → Xanımlar, "Chanel" ətirləri təhlükəlidir
Dünyanın ən məşhur ətirlərindən biri olan "Chanel No 5" həkimlərlə ekspertlərin ciddi narahatlığına səbəb olub
Ətrin hazırlandığı komponentlərin arasında ağac mamırı tipi aşkarlanıb.
Avropalı həkimlər deyirlər ki, bu komponent insan orqanizmində ciddi allergik reaksiya yarada bilər.
Avropa Komissiyasının 2006-cı ildə qəbul edilmiş qətnaməyə görə, ağac mamırı və qızılgül yağından alınan evqenoldan istifadə edilməklə hazırlanmış məhsulun qutusunda mütləq bu inqratientlərin adları yazılmalı, allergiya xəstəsi olanlar potensial təhlükədən xəbər tutmalıdırlar.
Milli.Az The Daily Mail-ə istinadən bildirirki, Avropa Birliyinin İstehlakçıların Təhlükəsizliyi üzrə Elmi Komitəsi (Scientific Committee of Consumer Safety) isə ümumiyyətlə, ağac mamırından istifadəni yasaqlamaq niyyətindədir.
Məhz bu mamır "Chanel No 5"ə məşhur, tanınan ətri verir.
Beynəlxalq Ətirlər Assosiasiyası (International Ardı »