Maraqli Melumatlar ve gozellik sirleri → Bakı barlarının sərxoş gözəlləri
"Gənc qızları barlardan gecə saat 2-3 radələrində gətirirlər”
Son zamanlar gecə barlarından spirtli içkilərdən sərxoşluq diaqnozu ilə gənc qızların xəstəxanaya gətirilməsi halları artıb. Bu barədə məlumatı AzNews.az-a Kliniki Tibbi Mərkəzin toksikologiya şöbəsinin müdiri Azər Maqsudov verib. Onun sözlərinə görə, həftə ərzində belə hallar 2-3 dəfə təkrarlanır:
"Gənc qızları barlardan gecə saat 2-3 radələrində gətirirlər. Burada onların mədələri yuyulur, onlara zəruri tibbi yardım göstərilir və evə buraxılırlar”.
Bir çox hallarda həmin şəxslərin özləri barədə məlumat verməkdən imtina etdiyini deyən şöbə müdiri belə hallarda polisə müraciət olunduğunu bildirdi: "Belə olduqda polisə müraciət edirik ki, araşdırılsın və belə halların təkrarlanmasının qarşısı alınsın. Buna baxmayaraq Ardı »