Maraqli Melumatlar ve gozellik sirleri → Azərbaycanda toyda yengəlik dəbdən düşür?
Xalqımızın fərqli toy adətləri var. Toy bizdə həmişə qiymətli olub və xalq tərəfindən xüsusi diqqətlə qarşılanıb. Ona görə də, ta qədimdən toy adət-ənənələrimiz özünəməxsusluğu ilə digərlərindən seçilib. Dinə, müsəlmançılığa yol verdiyimiz toylar el-obanın içində urvatlı olmalı, camaatın dilində təmiz adla qalmalıdır. Bizim toyların bir özünəməxsus tərəfi də hamımızın bildiyi kimi yengəlikdir.
Əvvəllər, ta qədimdən yengəliyə xüsusi diqqət yetirilir, onu toyun bir atributu kimi qiymətləndirirdilər. Belə demək olarsa Azərbaycanda “Yengəlik institutu” uzun illər fəaliyyət göstərib. Ancaq bu adətimiz son zamanlar toyun atributları sırasından aralanır. Artıq toylarımızda yengə və yaxud buna bənzər bir şey görmək çətin məsələdir. Nəyə görə yengəlik gözdən düşdü? Yaxud nədən Ardı »