Ümumi → Aysel Teymurzadə
Aysel Məhəmməd qızı Teymurzadə (4 aprel 1989, Bakı) — Azərbaycan müğənnisi, 2009 Avroviziya Mahnı Müsabiqəsində üçüncü yerin sahibi.
Bioqrafiya[redaktə]
Uşaqlığı[redaktə]
Aysel Teymurzadə 1989-cu il aprelin 25-də Bakı şəhərində anadan olub. 9 yaşında incəsənət məktəbinə daxil olub, 12 yaşında məktəbin həndbol komandasına üzv qəbul olunub və idmanla ciddi məşğul olmaq fikrinə düşüb. Eyni zamanda, xarici dilləri öyrənməyə başlayıb, hazırda ingilis, alman, ispan, rus və türk dillərində danışa bilir. 14 yaşından xoreoqrafiya ilə məşğul olmağa başlayıb. 2001-2005-ci illərdə fortepiano dərsləri alıb. 2004-cü ilin avqustunda ABŞ-ın Texas ştatında High School-a daxil olub. 2004-2005-cı illərdə burada oxuyub. Bu müddət ərzində Amerikada gənclərin musiqi müsabiqələrində çıxış edib və hətta Ardı »