Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

ÜmumiƏsgəran qalası

Əsgəran qalası – El arasında "Əsgəran qalası" adı ilə tanınan bu səddi XVIII əsrdə Pənahəli xan öz xanlığının şərq sərhəddində tikdirmişdi. Dərbənd səddi Şirvanın şimal qapısı idisə, Əsgəran səddi də Qarabağ xanlığının şərq qapısı idi.Ən qədim zamanlardan Azərbaycan daim yadellilərin hücumlarına məruz qalıb. Ona görə də Azərbacan ərazisi müdafiə məqsədilə tikilən istehkam və qalalarla zəngindir. Bunlardan biri də Əsgəran qalasıdır. Əsgəran qalası Şuşanın təxminən 24, Xocalının 5 km -liyində və Ağdam şəhərinin 12 km cənubunda Qarqarçayın sağ və sol sahillərində dağ döşündə yerləşir. Burada dağlar eni təqribən 500 m-ə çatan çayın vadisinə və qalanın divarları ilə əhatələnən böyük olmayan dərəyə yaxınlaşır.

Qalanın Ardı »

ÜmumiÜşr

Üşr (ərəb. ondabir ) – orta əsrlərdə müsəlman dövlətlərində mövcud olmuş natural vergi. Şəriətə əsasən kənd təsərrüfatı, heyvandarlıq, balıqçılıq, neft məhsulları, duz və i.a. istehsalı məhsullarının 1/10-i həcmində toplanılırdı. Azərbaycanda dəhyek, salariyə, ondabir və i.a. adlarla da məlum olmuşdur. U. XIX yüzilliyin ikinci yarısında aradan çıxmışdır. Ü. Əlcəzairdə 1918-ci, Türkiyədə 1925-ci, Tunisdə 1935-ci ildə ləğv edilmişdir. O, Səudiyyə Ərəbistanı və bir sıra başqa müsəlman ölkələrində indi də mövcuddur. Ardı »

ÜmumiCavanşirlər

Cavanşirlər — Azərbaycanın qədim soylarından biridir. Qarabağda, qismən də İranda yaşayırlar. Bu soyun nümayəndələri 1747-ci ildən 1822-ci ilədək Qarabağda xanlıq ediblər. Ardı »

ÜmumiUrmiya qalası

Qala Güney Azərbaycanda Urmiya şəhərindən bir az aralıda yerləşir.Hündür ərazidə 2000-2500 metr yüksəklikdə yerləşən qala gildən və daşdan tikilib.Böyük bir hissəsi uçan qalanın bir hissəsi dövrümüzə çatıb.Tədqiqatçılar qalanı İslamaqədərki dövrə aid edirlər.Burlaxatun türbəsi də bu qaladadır. Ardı »

ÜmumiƏlincə qalası

Əlincə Qalası – Azərbaycan Respublikası ərazisində olan tarixi memarlıq abidəsi, Naxçıvan-Marağa memarlıq məktəbinin ən gözəl nümunələrindən biri.
Tarixçəsi[redaktə]
Yazılı qaynaqlarda adı X yüzildən başlayaraq "Alıncaq", "Alancıq" , "Əlincək" və "Əlincə" şəklində çəkilən qala Naxçıvan-Culfa yolunun kənarında, Əlincəçayın sağ sahilində yalçın dağ üstündə yerləşir. Bu adın qədim türk dilindəki "alan" (yastı, düzənlik, meydan) sözündən yarandığı ehtimal edilir. Lakin qədim türk dilində dağın təpəsi anlamını verən "alın" və qənimət anlamı daşıyan "alınc" sözləri də olmuşdur. H. Qəzvinin məlumatına görə Naxçıvan yaxınlığında Alancıq, Surmari, Taqmar və Faqnan adlı möhkəm qalaların uçuqları yüksəlir. Elxanilər zamanı müəyyən dağıntılara uğramış Əlincə qalası sonrakı dövrdə yenidən bərpa edilmişdir.

Əlincəqalanın tikilmə tarixi Ardı »

ÜmumiƏmir Dəmirdaş Sulduz

'Əmir Dəmirdaş Sulduz (d.1298-ö. 1328) — Çobanlılar sülaləsindən Elxanlı əmiri, sərkərdə Əmir Çoban Sulduzun ikinci oğlu. Anadolu valisi olaraq çalışarkən atasını öldürdən Elxanlı hökmdarı Sultan Əbu Səid Bahadur xanın qəzəbindən qaçaraq Misir Məmluklü sultanı Məhəmməd bin Kalavuna sığındı. Misir sarayında öncə yaxşı qarşılandısa da, sonradan pula görə elxanla anlaşan sultanın adamları tərəfindən öldürüldü. Ardı »

Ümumiİslamın yayılması

Ərəb orduları 642-ci ildə Sasani ordularını darmadağın etdikdən sonra Sasani şahlarının əfsanəvi sərvətlərindən başqa, Sasanilərin bütün ərazisi də onların əlinə keçdi. Zahirən qüdrətli görünən bir dövlətin məhv olub getməsi ərəblər üçün bir qədər təəccüblü və gözlənilməz oldu, çünki Təbərinin dediyinə görə, ərəblər öz istilalarını daha da davam etdirmək fikrində deyildilər və əsas məqsədləri, məlum olduğu kimi, hələ o zaman ərəblərin yaşadığı və onların həyatı üçün zəruri olan Mesopotamiyanı (Beyn ən- Nəhreyni) tutmaq idi. Xəlifə Ömər ibn Xəttab (634-644) öz qoşunlarını təhlükəyə salmaq istəmirdi və görünür, ərəblərə məlum olmayan digər ölkələrdə Xilafət ordularının başına nələr gələ biləcəyindən ehtiyat etdiyinə görə qoşun komandanı Ardı »

ÜmumiKaronga (mahal)

Coğrafiya[redaktə]
Karonga ölkənin üç bölgəsindən biri olsan Şimal bölgəsinə aid olub ölkənin şimalında yerləşir. Mahalın mərkəz şəhəri mahalla eyni adı daşıyan Karonga şəhəridir. Mahal şərqdə Malavi gölü, cənubda Rumphi mahalı, şimalda Tanzaniya, qərbdə Chitipa mahalı ilə qonşudur.

Əhali[redaktə]
Chitipa mahalında 272,789 nəfər yaşayır.

Şəhərləri[redaktə]
Karonga Ardı »