Ümumi → Azərbaycan legionunun yaranma tarixi
Alman tədqiqatçısı Muhlen yazırdı: Türk-tatarlardan milli legionlar yaratmaqda iki türk generalının xüsusi rolu olmuşdu və 1941-ci ilin oktyabrında bu planın müsbət həyata kecirilməsində cəhdlər göstərmişdilər. Həmin generallardan biri tanınmış hərbçi Nuru Paşa, digəri isə general Ərkilət idi. Hələ 1941-ci ilin sentyabrında Berlinə gələn Nuru Paşa Almaniya Xarici İşlər Nazirliyi ilə əlaqələr qurub Veytszeker və Bermanla görüşlər keçirmişdir.
1941-ci ilin payızında Hitlerlə Türkiyə ordusu Baş Qərargahının generalı Ərkilət arasında danışıq oldu. Şərqi Prussiya iqamətgahında görüşən generalın təklifi Hitleri maraqlandırmışdı. Türkiyəni öz tərəfinə çəkməyə çalışan Hitler 1941-ci ilin noyabrında Türküstan legionunun yaradılmasına razılıq verdi. Alman ordusunun tamamilə məxfi olan 1941-ci il 3 dekabr tarixli Ardı »