Ümumi → Legionun fəaliyyəti
1942-ci ilin avqustunda Hitler təşkil olunan milli legionlarla ordu qərargahı arasında rabitə vəzifəsini görən məhdud və muəyyən işlərlə bağlı "Rabitə (irtibat) heyətləri" (Əlaqə qərargahları – almanca: "Ferbindunqştablar) qurulmasını əmr etdi. Azərbaycan "Rabitə hеyəti"nin başına da Əbdürrəhman bəy Fətəlibəyli-Düdənginski gətirildi. Azərbaycan legionerlərinə əvvəlcə qrup halında başçılıq edirdilər: Abbas bəy Atamalıbəyov, Əbdürrəhman bəy Fətəlibəyli-Düdənginski və Fuad Əmircan.
"İrtibat Heyəti" — Ferbindunqştabın hərbi, mülki və diplomatik şöbələri fəaliyyət göstərirdi. Hərbi şöbəyə Ə. Düdənginski, mülki işə F. Əmircan, diplomatik sahəyə isə A. Atamalıbəyov rəhbərlik edirdi. Azərbaycanlılardan ibarət olan 804-cü tabur almanların 49-cu dağ korpusunun 4-cü dağ atıcı diviziyasına gondərildi. Həmin diviziya Qafqazda Suxumi istiqamətindəki yüksək dağ Ardı »