Ümumi → Atropatena tarixinə dair düşüncələr
Məhəmmədhəsən xan Marağayi yazır: "Azərbaycan xüsusi müstəqil şahlığa malik idi. Belə ki, Böyük İskəndərin dövründən burda şahlar hökmdarlıq edib və müstəqil olmuşlar. Azərbaycan şahları eramızın otuzuncu ilinə qədər öz istiqlaliyyətlərini tam şəkildə saxlaya bilmişlər. Parfiya şahı Azərbaycan şahının Mark Antoniyə kömək göstərdiyini bəhanə edərək Azərbaycan ərazisinə hücum edib qələbə çalmışdır".
Məhəmmədhəsən xanın dediyindən belə bir nəticə çıxır ki, Atropatidlər sülaləsi təxminən 358 il (eramızdan əvvəl 328-ci ildən eramızın 30-cu ilinə kimi) hakimiyyətdə olmuşdur. Abdulla Fazili də bu fikrə tərəf çıxaraq qeyd edir ki, bu fikri təsdiqləyən başqa mənbələr də var. Belə ki, Strabon öz yaşadığı dövrdə bu sülalənin hakimiyyətdə olmasına işarə etmişdir. Ardı »