Ümumi → Arazbar
Arazbar Səfəvilər dövründə qəza, Osmanlıların müvəqqəti istilası zamanı sancaq idi. Arazbar dəqiq sərhədləri olan tarixi bölgədir. Araz çayının hər iki yaxası boyunca uzanan bu bölgə quzeydə Xudafərin dən başlayıb Beyləqanda bitir. Güneydə isə tarixi Qərbi Dizmar mahalından başlayıb tarixi Oltan qalası ərazisində tamamlanırdı. Quzey Arazbara Qarabağ Arazbarı, güney Arazbara Qaradağ Arazbarı deyilirdi. Mənası: Arazbar toponimi "Araz" və "bar" sözlərinin birləşməsindən yaranmışdır. Araz adının kifayət qədər yozumu olduğundan bu məqalədə geniş bəhsə lüzum görmürük. Arazbar yer adının ikinci komponenti "bar" sözünü açıqlamaq üçün lüğət və araşdırıcılara müraciət edək. Ünlü bilgin Ələkbər Dehxuda "Lüğətmə" əsərində yazır ki, "bar" sözü "sahil", "kənar" anlamında olub, Ardı »