Ümumi → Çalxanqala (qala)
Ümumi məlumat[redaktə]
Çalxanqala - Naxçıvan şəhərindən 22 km şimal – qərbdə, təbii cəhətdən əlverişli mövqedə yerləşən Tunc dövrünə aid qala.
Qala Paiz kəndi yaxınlığında, Cəhriçayın sağ sahilində, hündür təpə üstündədir. İri qaya daşlarından bərkidici məhlul işlədilmədən hörülmüşdür. Qalaya təkcə cənub tərəfdən giriş yolu vardır. Tunc dövrü siklop tikililərinin ən yaxşı qorunmuş nümunlərindən olan Çalxanqalanın dövrümüzədək gəlib çatmış divarlarının uzunluğu 450 m, hündürlüyü 2,5 – 3 m, eni 2,7 – 3 m – dir.
Çalxanqalanın Naxçıvan ərazisində e.ə. II minillikdə təşəkkül tapmış iri tayfa ittifaqının əsas müdafiə qalası olduğu güman edilir.
Tədqiqi[redaktə]
Çalxanqala ərazisində arxeoloji tədqiqatlar 1978 – ci ildə Naxçıvan arxeoloji ekspedisiyası tərəfindən aparılmışdır. Tədqiqatlar Ardı »