Ümumi → 1538-ci ildə Türkiyə - Preveze dəniz döyüşü
Preveze dəniz döyüşü — 28 sentyabr 1538-ci ildə Yunanıstanın şimal-qərbindəki Prevezedə Osmanlı donanması və Papa III Pavelin səyləri ilə toplanan səlib donanması arasında baş vermiş dəniz döyüşü. Döyüşdə Xeyrəddin Barbarossanın əmrindəki Osmanlı donanması, admiral Andrea Dorianın əmrindəki səlib donanmasını məhv etdi.
Bu dəniz müharibəsi nəticəsində Aralıq dənizində Osmanlı donanmasına müqavimət göstərə biləcək donanma qalmadı və Aralıq dənizində türk hakimiyyəti başlamış oldu.
Əvvəli[redaktə]
1537-ci ildə böyük bir Osmanlı donanmasına başçılıq edən Xeyrəddin Barbarossa Venesiyadan Egey və İon dənizlərində olan Siros, Egina, İos, Paros, Tinos, Kerpe, Kasos və Naksan adalarını alaraq Naksan çarlığını Osmanlı torpaqlarına qatdı. Daha sonra yenə venesiyalıların əlində olan Korfu adasını mühasirəyə aldı Ardı »