Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

ÜmumiArran Sərhədləri

Əl-Müqəddəsi Arran haqqında bu məlumatı verir:

"Arrana gəldikdə bu ərazi bütün Azərbaycan vilayətinin üçdə birini təşkil edir və dəniz ilə Araz çayı arasında bir yarım Cəzirəyə bənzəyir. Malik (Kür) çayı isə vilayəti uzununa iki yerə bölür. Onun paytaxtı Bərdə, şəhərləri isə bunlardır: Beyləqan, Şəmkir, Cənzə, Baric, Şamaxı, Şirvan, Bakı, Şabran, Bab ül-Əbvab, Lahican, Qəbələ, Şəki, Malazkerd və Tebla."
— Əl-Müqəddəsi, səh. 374

İbn Havqəl yazır:
"Arran ərazisi Bab ül-Əbvab hüdudlarından Tiflis hüdudlarınadək uzanır"
— İbn Havqəl, səh. 346 .

İstəxri yazır:
"Arranın sərhədləri Bab ül-Əbvabdan Tiflisədək və Araz çayı yaxınlığında Həciran (Naxçıvan) adı ilə məşhur olan yerədək uzanır. Arranda Bərdə və Bab ül-Əbvabdan böyük şəhər yoxdur"
— Əl-İstəxri, səh. Ardı »

ÜmumiXarabagilan

Xarabagilan, Kiran, Gilan və ya Giran – Ordubad şəhəri yaxınlığında orta əsrlərə aid şəhər xarabalığı. Abidə Ordubad şəhərindən 16 – 17 km qərbdə, Naxçıvan – Ordubad avtomobil yolunun şimalında, Gilançayın sol sahilindədir. Böyük Azərbaycan alimləri Hinduşah Naxçıvani və Məhəmməd Naxçıvani bu şəhərdə doğulmuş, böyümüş və yaşamışlar.
Tarixi[redaktə]
Tədqiqatlar nəticəsində müəyyən edilmişdir ki, Xarabagilan ərazisində şəhər mədəniyyəti ilk antik dövrdə - V – IV əsrlərdə yaranmış, orta əsrlərdə isə bu şəhər Azərbaycanın mühüm ticarət və sənətkarlıq mərkəzlərindən biri olmuşdur. Tədqiqatçılar Xarabagilan abidəsinin monqolların Azərbaycana yürüşü zamanı dağıdılmış Kiran şəhərinin qalıqları olduğunu müəyyənləşdirmişlər.

İbn əl-Əsir (XIII əsr), Yaqut Həməvi (XIII əsr), Zeynəddin Qəzvini (XIV əsr), Ardı »

ÜmumiBosniya müharibəsi

Bosniya müharibəsi - Bosniya və Herseqovinada 1992-ci il aprel ayının 6-dan 1995-ci il sentyabr ayının 14-ə qədər davam etmiş müharibə. 3 ildən artıq davam edən bu müharibədə 200 000-ə yaxın insan qətlə yetirilmiş (Beynəlxalq Qızıl Xaç cəmiyyətinin məlumatlarında görə bu rəqəm 312 mindir), 2 milyondan çox insan yer-yurdundan didərgin düşmüşdür.

Bu müharibədə qətlə yetirilənlərin əksəriyyəti müsəlman bosniyalılar idi və müharibə onlara qarşı soyqırım xarakteri daşıyırdı Ardı »

ÜmumiBakı vilayəti

Bakı vilayəti — Azərbaycan SSR-də inzibati-ərazi vahidi, 1952—1953-cü illər arasında mövcud olmuşdur.

İnzibati mərkəzi Bakı şəhəri idi.

Bakı vilayəti 3 aprel 1952-ci il tarixdə, Gəncə vilayəti ilə eyni vaxtda təşkil edilmişdi. O, Azərbaycan SSR ərazisinin bütün şərq və cənub hissəsini əhatə edirdi və 32 rayona — Əli Bayramlı, Astara, Astarxanbazar‎, Ağsu, Cəbrayıl, Dəvəçi, Jdanov, Zəngilan, İmişli, İsmayıllı, Qazıməmməd, Qaryagin, Qonaqkənd, Qubadlı, Qusar, Kürdəmir, Laçın, Lənkəran, Lerik, Mərəzə, Masallı, Puşkin, Saatlı, Sabirabad, Xaçmaz, Xızı, Xıllı, Xudat, Şamaxı və Yardımlı rayonlarına bölünürdü.

Vilayətin İcraiyyə Komitəsinin sədri Həsən Seyidov, K(b)P Komitəsinin sədri Mirteymur Yaqubov idi.

Bakı vilayəti yaradıldıqdan cəmi 1 il sonra ləğv edilmişdir Ardı »

ÜmumiDördkünc Mərdəkan qalası

Dördkünc Mərdəkan qalası — Bakının Mərdəkan qəsəbəsində qədim tarixə malik qala. Qala dörd künc formada XIV əsrin ortalarında III Böyük Mənuçöhrün oğlu I Axsitan tərəfindən tikilmişdir. Mərdəkan qalası I Axsitanın düşmən üzərindəki parlaq qələbəsi şərəfinə ucaldılmışdır. Qaladan feodalların sığınacağı və gözətçi məntəqəsi kimi istifadə edilmişdir.


Poçt markası (1999).
Qalanın hündürlüyü 22 metr, qalınlığı aşağıdan 2,10 metr, yuxarıdan isə 1,60 metrdir. Daxili həyəti 28x25-dir. İçəridən qala 5 yarusa bölünür. Ardı »

ÜmumiQalaça (Şamilqala)

Şamilqala və ya sadəcə Qalaça — Qax rayonunun İlisu kəndində Yazlıq dağının üstündə inşa olunmuş qala.

Qala XIX əsrin 50-ci illərində dağlıların milli azadlıq hərəkatının rəhbəri Şeyx Şamilə qarşı aparılan hərbi əməliyyatlarda müşahidə təyinatlı istehkam kimi ruslar tərəfindən inşa etdirilmışdir.El arasında "gözətçi qala" kimində deyilir Ardı »

ÜmumiÇobanilər sülaləsi - Şəcərəsi

Surğan Şirə Sulduz
Cilavxan bahadur Sulduz, Surğan Şirənin oğlu
Seydun noyon Sulduz, Cilavxan bahadurun oğlu
Suncaq noyon Sulduz, Seydun noyonun oğlu, Abaqa xan tərəfindən Fars və Bağdadın hakimi
Baydu noyon Sulduz, Suncağın oğlu
Ərəb ağa Sulduz, Suncağın oğlu, Əhməd Təkudar xanın əmiri
Əmən ağa Sulduz, Ərəbin oğlu
Arqun ağa Sulduz, Suncağın oğlu
Həbəş ağa Sulduz, Suncağın oğlu
Fəxrəddin ağa Sulduz, Həbəşin oğlu, Əmir Çobanın əmiri
Şaday kürəkən Sulduz, Suncağın oğlu, arvadı Hülaku xanın nəvəsi idi
Ərəb kürəkən Sulduz, Şadayin oğlu,
Cuca ağa Sulduz, Ərəbin oğlu,
Kextey noyon Sulduz, Seydun noyonun oğlu,
Xitay ağa Sulduz, Kexteyin oğlu,
Qazan ağa Sulduz, Xitayın oğlu,
Zəki ağa Sulduz, Xitayın oğlu,
Arateymur noyon Sulduz, Seydun noyonun oğlu,
Teymur Buğa noyon Sulduz, Seydun noyonun oğlu,
Bay Ardı »

ÜmumiÇaylı döyüşü

Döyüş[redaktə]
18 iyun-19 iyun tarixində Azərbaycan tərəfi hücüma keçir. Döyüş zamanı separatçılar 4 əsgər itirir. Mübariz İbrahimov düşmənın içində 50 separatçı olan silah anbarını partladır. Mübariz partlayışdan sonra ərazini tərk etməyə çalışsa da, düşmənin diqqət mərkəzindən çıxa bilməyib. Tək olmasına baxmayaraq, döyüşdən qaçmayıb. Bu zaman daha 5 düşmən əsgərini yerindəcə öldürən, 4-nü isə ağır yaralayan Mübariz Çaylı kəndinin içində pusquya salınıb. Hər tərəfdən sıxışdırılan qəhrəman əsgərimiz kəndin içindəki tikanlı məftillərdən ibarət maneəni keçə bilmədiyindən bir qədər ləngiyib və həmin ləngimə zamanı ermənilərin açdığı kütləvi atəşə məruz qalıb. Nəticədə, başından və sol ərəfindən aldığı 3 güllə yarasından dünyasını dəyişib. Ardı »