Ümumi → Əlaqələr
Azərbaycanın erkən əkinçi mədəniyyətinin inkişafı Qafqazın və Ön Asiyanın qonşu rayonları ilə təmasda və qarşılıqlı əlaqədə keçmişdir. Mərkəzi Zaqafqaziyanın ən qədim yaşayış yerlərində dairəvi planlı kərpic tikililər inşaatda ənənəvi formanı təşkil edir. Eyni vaxtda belə tikililər Şimali Mesopotamiyada geniş, yayılmışdır. Dairəvi planlı çiy kərpic memarlığını Yaxın Şərqdə yayan Xalaf mədəniyyəti qəbilələri olmuşdur.
Xalaf qəbilələrinin tarix səhnəsinə çıxması ilə Ön Asiyada əlaqələr, etnomədəni proseslər nəzərə çarpacaq dərəcədə genişlənir. Zaqafqaziyanın, o cümlədən Azərbaycanın eneolit qəbilələrinin dairəvi planlı tikililəri ilə Xalaf qəbilələri tikililəri arasındakı münasibəti konkret izah etmək çətindir. Ancaq güman etmək olar ki, həmin regionların inşaatında yeni formalı tikililərin geniş yayılması müəyyən qarşılıqlı əlaqələrin Ardı »