Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

ÜmumiBağdad xatun

Həyatı[redaktə]
Bağdad xatun Əmir Çoban noyon qızı Sulduz Marağa şəhərində doğulmuşdu. Atası Əmir Çoban 1323-cü ildə onu Şeyx Həsən noyon Cəlayıra vermişdi. Elxanlı hakimi Sultan Əbu Səid 20 yaşında onu görüb vuruldu. Güclə ərindən boşatdıraraq onu aldı.

Çingiz yasasına görə xanın bəyəndiyi qadın evli belə olsa ərinin onu həmən boşaması gərəkirdi. Bu durum Bağdat xatunun atası Əmir Çoban tərəfindən öyrənilincə Əbu Səid xanla ara¬ları açıldı. Siyasi rəqibləri əmir və xan arasındaki qırgınlığı daha da artırdılar. Buna görə Əmir Çoban və oğulları Əbu Səid xan tərəfindən birər-birər ortadan qaldırıldı. Mətanətini heç bir şəkildə itirməyən Bağdat xatun sonunda Əmir Şeyx Həsəndən boşanıb Əbu Səid xanla Ardı »

ÜmumiƏrşə

Ərşə kəndi - Qarabağın Arazbar qəzasında qərar tuturdu. Оrta çağda fеоdal ara savaşları səbəbiylə dağıdılıb. XVIII əsr еl şairi Aşıq Lələ dеyir:


Lələyəm, Ərşə başı,
Çоx vеrdim ər şabaşı.
Namərddən kişi оlmaz
Dəysə də ərşə başı.

1727-ci ilə bağlı Оsmanlı qaynağında bu qədim yurd yеri haqqında yazılır: «Arasbar qəzasına tabе оlan Ərşə kəndi. Kənddə hеç kim yaşamır. Оtuziki tayfasından Еymirli оymağı burada əkinçiliklə məşğul оlur, üşr və bəhrəni tоrpaq sahibinə vеrir. Dənli bitkilərdən əldə еdilən gəlir: 47.000 ağça».

XVIII əsrin əvvəllərində Оtuziki еlinin Оzan оymağı da bu yurdda binələyirmiş. Avşar elinin Ərşəli adlı оymağı, Ərdəbil yörəsində, Muğanda Ərşə adlı nahiyə vardı. Ardı »

ÜmumiTalıbxan bəy Talıbxanov

Həyatı[redaktə]
Talıbxan bəy Məşədi Hüsеyn bəy оğlu 24 may 1859-cu ildə Şuşa qəzasının Vərəndə sahəsinin Qacar kəndində anadan оlmuşdu. Mоlla yanında ibtidai təhsil almışdı. Sоnra ailə şəraitində rus dilini öyrənmişdi. 1881-ci ilin avqustun 1-də Bakı şəhəri Ivanоv sahəsində katib köməkçisi kimi işə başlamışdı. 1882-ci ildə Quba qəzasına tərcüməçi kimi göndərilmişdi. 1883-cü ilin dеkabrından Quba qəzasında pristav köməkçisi vəzifəsinə dəyişilmişdi. 4 iyun 1884-cü ildə Qubadakı həbsxanaya baxıcı təyin еdilmişdi. 22 sentyabr 1888-ci ildə Quba şəhər pristavının köməkçisi vəzifəsinə dəyişilmişdi. 18 oktyabr 1890-cı ildə yеnidən həbsxana baxıcısı vəzifəsinə göndərilmişdi. Talıbxan bəy 31 mart 1892-ci ildə Göyçay qəzasının Bərgüşad nahiyəsinə pоlis pristavı təyin еdilmişdi. 1894-cü Ardı »

ÜmumiOnogurlar

Onogurlar, Macarların, Bolqarların və Uyğurların bir qisiminin mənşəyini meydana gətirən Hiungu konfederasiyası içərisində iştirak etmiş Türkcə danışan bir qövm. Macarların, Bolqarların və Uyğurların bir qisminin mənşəyini meydana gətirən Onogur, Hiungulara bağlı birliklərdən biri olaraq ana yurdları Tanrı dağlarının qərbi ilə Eli çayı arasındakı bölgə idi. Onogurlara aid ilk məlumatlar 461-465 illəri arasında Qərbi Sibir qövmləri arasında baş verən köç hadisəsi ilə əlaqədardır. Hiungnular çökdükdən sonra, Altay dağları ilə Ural dağları arasında müstəqil fəaliyyətlərə giriş idilər. Sabir/Sabar köçləriylə fəaliyyətlərini itirdilər.

a. Bir qisimi Ugor xalqlari ilə birləşərək bu günki Macarları meydana gətirdilər və Avropaya köçdülər.
b. Bir qisimi Qaradənizin şimalında Bolqar boyunu meydana gətirdilər.
c. Ardı »

ÜmumiTiyul

Tiyul — orta əsrlərdə bəzi Şərq ölkələrində, o cümlədən Azərbaycanda, Türkiyədə, İranda və Orta Asiya ölkələrində mövcud olmuş torpaq sahibliyi. XV-XIX əsrlərdə xüsusilə geniş yayılmışdır. Tiyul torpaqlarından toplanan məhsulun 1/5-1/10 hissəsi xəzinəyə ödənilirdi. Azərbaycan Rusiyanın müstəmləkəsinə çevrildikdən sonra, 1846-cı il fərmanı ilə tiyul torpaq sahibliyi irsi elan olunmuşdur.

Səfəvilər dövrü[redaktə]
Səfəvilər dövründə inzibati-bürokratik aparatın saxlanılması və mükafatlandırılması sistemi çox mürəkkəb idi və bir sıra tərkib hissələri əsasında yaranırdı. Əksər hallarda xidmət adamlarının məvacibinin ödənilməsi müəyyən yerdən vergilərin hamısını, yaxud bir hissəsini almaq üçün verilmiş xüssusi sənədlər (bərat, həvalə) vasitəsilə həyata keçirilirdi. Bu mükafatlandırma forması Səfəvilər dövlətində geniş tətbiq edilirdi və tiyul adlanırdı. XVI Ardı »

ÜmumiBakı şəhərinin tarixi

Bakının tarixi - Bakı şəhərinin tarixini əhatə edən dövr. Bakı şəhəri Azərbaycan Respublikasının paytaxtıdır. Müxtəlif dövrlərdə Bakı şəhəri Şirvanşahlar dövləti, Bakı xanlığı, Bakı quberniyası, Azərbaycan Demokratik Respublikası və Azərbaycan Sovet Sosialist Respublikasının mərkəzi olmuşdur. Bakı gözəl şəhər möhtəşəm diyardır Orada coxlu məqbərələr gözel binalar vardır Ardı »

ÜmumiHürufilik Yaranması və yayılması

Yaranması və yayılması[redaktə]
Hərflərin texniki tərəfləri ilə bağlı görüşləri inkişaf etdirməklə hürufiliyi bir fəlsəfi-dini sistem olaraq quran şəxs mənşəcə Azərbaycan türklərindən olan Şəhabəddin Fəzlullah Astrabadi Nəimidir (1339-40/1394). Fəzlullah çox gənc yaşlarında ilahiyyat ilə maraqlanmağa başlamış, on səkkiz yaşında olarkən tesevvusu yönələrək həccə getmişdir. Qayıdanda Xarəzmə gəlmiş və bir müddət burada qaldıqdan sonra Təbrizə getmişdir. Burada ətrafına topladığı insanlarla etdiyi dini söhbətlər sayəsində böyük ehtiram qazanmışdır. 1386-cı ildə öz təlimini Təbrizdə elan etmiş, daha sonra İsfahanda bu fikri sistemi yaymağa başlamışdır. Uzun müddət bir mağarada inzivaya çəkildikdən sonra Fəzlullah özünün Hz.Mehdi olduğunu iddia etmişdir. Ətrafındakı yeddi inanilmis xəlifəsi və daha sonra çoxsaylı tələbəsi Ardı »

ÜmumiAzərbaycan Əhəmənilər İmperiyasının tərkibində

Azərbaycan Əhəmənilər imperiyasının tərkibində – türk madaylar fars Əhəmənilər sülaləsi tərəfindən devirildikdən sonra Midiya dövlətinə tabe olan ərazilərin böyük bir hissəsi Əhəmənilərin əlinə keçdi.

İlk Əhəmənilər dövründə Azərbaycan ərazisinin hansı hissəsinin fars dövləti tərkibinə daxil olduğunu bilmirik. Maraqlıdır ki, Madanın birinci satrapı Oybar "Nabonidin salnaməsi"ndə a"mçtpehat mat Gutium" adlanır. Sonuncu ad (Gutium) qədim Mada vilayətlərinə – Cənubi Azərbaycana, güman ki, qədim Urartuya da işarədir. Ksenofontun məlumatından aydın olur ki, Mada Kirin dövründə Ermənistan və kadusilərlə eyni canişinliyə daxil idi.

Deməli, Cənubi Azərbaycan torpaqlarının xeyli hissəsi, bəlkə də onun bütün ərazisi bu dövrdə Mada satraplığına daxil idi. Herodot farsların hökmranlığının Qafqaz sıra dağlarınadək yayıldığını Ardı »