Ümumi → Xalid ibn Yezid (hakim)
Xalid ibn Yezid – Ərəb Xilafətinin Ərməniyyə və Azərbaycanda hakimi, Məzyədilər sülaləsinin əsasını qoymuş Yezid ibn Məzyədin oğlu.
Fəaliyyəti[redaktə]
Yezid ibn Məzyəd əş-Şeybaninin oğlu Xalid hicri 205-ci ildə (miladi 802) xəlifə Məmun tərəfindən Ərməniyyə və Azərbaycana vali göndərildi. Xalid Şəkidə, Gürcüstanda və Sənariyyədə üsyanları yatırtdı. H.212-217 (827/8- 823/4)-ci illərdə Xalidin adı "Mədinət Arran"da (Arran şəhəri) kəsildiyi qeyd edilən dirhəmin üzərində yazılmağa başlayır.
Əl-Bəlazurinin məlumatına görə xəlifə Xalidi ermənilərdən bəxşiş almaq üstündə hakimiyyətdən salmışdır. Xəlifə Mötəsim bu vilayətləri iqta kimi Babəklə vuruşmuş sərkərdə Afşinə vermişdi. Xalid Mötəsimin ölümünə (h.227 (842)-ci il) və onun oğlu Vasiq hakimiyyət başına gələnə qədər vəzifəsiz qalmışdı. Xilafətin zəiflədiyi Ardı »