Ümumi → Car-Balakən camaatı
Tarixi[redaktə]
Car-Balakən camaatının formalaşması prosesi əsasən XVI əsrdən başlamışdı. XVI əsrin sonu, XVII əsrin əvvəllərində şimal-qərbi Azərbaycana Dağıstandan köçüb gələn avar ailələri əsasən yerli xalqların yaşadığı Balakən, Car,Muxax, Tala və Katex kəndlərində məskunlaşırdılar. Dəniz səviyyəsindən 3000 metr yüksəklikdə, qeyri-məhsuldar və yoxsul təbiətə malik olan ərazidə yaşayan dağlı tayfalarının qış otlaqları əsasən Baş Qafqaz silsiləsinin cənub yamaclarında yerləşirdi. Əkinçi-maldar, yarımköçəri həyat sürən dağlı tayfaları öz qoyun sürülərini müntəzəm olaraq bu əraziyə sürürdülər. Qeyri-məhsuldar şərait, aztorpaqlılıq getdikcə daha çox dağlı tayfalarının vadilərə enməsinə səbəb olurdu.
Doğrudur, tarixi faktlar dağlıların vadilərə müəyyən bir zamanda və kütləvi şəkildə enməsi haqqında məlumat vermir. Belə ki, bu proses əsasən Ardı »