Aktyorlar → Hüseynqulu Sarabski
[color=#fe5e5e]Hüseynqulu Məlik oğlu Rzayev (Sarabski) (20 mart 1879, Bakı — 2 fevral 1945, Bakı) — opera müğənnisi (lirik tenor), aktyor, rejissor, pedaqoq, teatr xadimi, Azərbaycanın xalq artisti (1932).
Azərbaycan professional musiqi teatrının banilərindən biri. 1908-ci ildən "Nicat" cəmiyyəti nəzdində "Müsəlman Opera truppası"nın yaradıcılarından biri və solisti olmuşdur. Məcnun ("Leyli və Məcnun"), Şeyx Sənan ("Şeyx Sənan"), Kərəm ("Əsli və Kərəm"), Sərvər ("O olmasın, bu olsun"), Şah İsmayıl və b. partiyaların ən yaxşı ifaçılarından biri olmuşdur.
XX əsr Azərbaycan milli musiqi mədəniyyətinin parlaq şəxsiyyətləri sırasında öz yeri, öz mövqeyi olan sənətkar. Adı əsrin yeniləşən, dəyişən, müasirləşən sənət aləminin simvollarından birinə çevrilən, əsrin səsinə səs verən, Ardı »