Aktyorlar → Vidadi Əliyev
[color=#fe5e5e]Vidadi Əliyev – Azərbaycan aktyoru.
[redaktə]
Həyatı
Ağstafa rayonunun Göycəli kəndində ziyalı ailəsində anadan olub. Orta məktəbi bitirdikdən sonra tikintidə bənna kimi əmək fəaliyyətinə başlayıb.
V.Əliyev 1967-ci ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram və kino aktyorluğu fakültəsini bitirmişdir. Elə həmin ildən etibarən o, Cəfər Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrında aktyor kimi fəaliyyətə başlamışdır. 1988-2000-ci illərdə C.Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrınnın direktoru və bədii rəhbəri olmuşdur.
V.Əliyev aktyor kimi işlədiyi 41 il ərzində 180-nə yaxın tamaşada müxtəlif səpkili obrazlar yaratmışdır. Onun Balaş ("Sevil", Cəfər Cabbarlı), Əsgər bəy ("Arşın mal alan", Üzeyir Hacıbəyov), Florella ("Axırı xeyir olsun", Uilyam Şekspir), Fikrət ("İkinci səs", Bəxtiyar Vahabzadə), Ardı »