Aktyorlar → Ağadadaş Qurbanov
Həyatı
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının banilərindən biri, həm faciə, həm dram, həm də komediya janrlı tamaşaların ifaçısı Ağadadaş Gülməmməd oğlu Qurbanov 8 mart 1911-ci ildə Bakıda doğulub. 1927-ci il martın 15-də "Dənizçilər klubu"nda Lətif Kərimlinin "Fırtına" pyesinin tamaşası oynanılıb. Bu tamaşanı, başda Ağadadaş Qurbanov olmaqla, talelərini teatra bağlayan məktəblilər hazırlamışdılar. Bununla da Bakıda Fəhlə Uşaqlar Teatrının (sonralar Gənc Tamaşaçılar Teatrı adlandırıldı) bünövrəsi qoyulub. Ağadadaş Qurbanov həmin vaxtdan 1952-ci ilədək bu teatrda işləyib və qısa müddətdə kollektivin əsas qüvvələrindən Diri olub. Aktyor Gənc Tamaşaçılar Teatrında böyüklər üçün nəzərdə tutulan Cəfər Cabbarlının "Aydın" (Aydın), Mirzə Fətəli Axundzadənin "Molla İbrahimxəlil kimyagər" (Molla İbrahimxəlil), Nəcəf Ardı »