Aktyorlar → Mobil Əhmədov
Aktyor. Arxiv kadrlar. Filmlərdə mahnı ifa edən.
[redaktə]
Həyatı
Teatrın şöhrətli sənətkarlarındandır. Vokal ifaçılığını dramatik və komik aktyor oyunu ilə yüksək sənətkarlıqla sintez etməyin bünövrəsini qoyanlardan biridir. Şirin, məlahətli, coşğun səsi və zəngin çalarlı aktyorluq ifadə vasitələri, yüksək səhnə mədəniyyəti, həssas obraz duyumu var. Mobil Salman oğlu Əhmədov 10 sentyabr 1931-ci ildə Gəncədə doğulub. 1955-ci ildə Əzim Əzimzadə adına Bakı Rəssamlıq Məktəbinə daxil olub. Bir il sonra isə Azərbaycan Dövlət konservatoriyasına qəbul edilib və Bülbülün sinifində oxuyub. 1961-ci ildə təhsilini başa vuraraq bir neçə ay Dövlət Radiosunun xorunda işləməyə başlayıb. Sentyabr ayında isə MkT-yə solist dəvət olunub. Elə həmin vaxtdan da qırx ilə yaxın Ardı »