Azərbaycan xanlıqları → Kərmədüz mahalı Tarixi abidələri
Kəhran qalası-1190-cı ildə yenidən Həmədan yaxınlığında Qızıl Arslanın üzərinə hücuma keçir, lakin Əmir Fəxrəddin Qutluq qoşununu darmadağın edir, özünü əsir alır.
III Toğrul ümid edir ki, əmisi Qızıl Arslan onu tutmuyacaq. Lakin Atabəy onu qandallayıb Kərmədüzdə Kəhran qalasında tutuqlu edir. III Toğrulun dustaq saxlandığı qala bir çox qaynaqlarda dürlü yerlərdə göstərilib, Əl-Hüseyni yazır ki, "Azərbaycanda, Təbriz yaxınlığında bir qalaya salır". Əl-Nişapuri Kəhran qalasını dəqiq göstərir. İbn əl-Əsir, əl-Bundari və əl-İsfahani eləcə "qalaların birində" deyə yazıb keçirlər. Anonim "Oğuznamə" də və Rəvandidə "Dizmar qalasında" sultanın tutuqlu yatdığı qeyd olunur. Tarixçi Fəzlullah Rəşidəddin yazır: ...sultanı yaxşı başa düşdülər və 586-cı ilin ramazan ayından bir Ardı »