Azərbaycanla bağlı tayfa və qəbilələr → Ağzivər sultan Şamlı
Həyatı[redaktə]
Ağzivər sultan Dəmri sultan oğlu Şamlı elinin Bəydili oymağındandır. Durmuş xan Şamlıdan sonra I Şah İsmayıl Səfəvinin oğlu Sam mirzənin lələsi olmuşdu. Əvvəlcə Nişapurun, sonra Herat əyalətinin hakimi idi. Dəfələrlə özbəklərə qarşı vuruşmuşdu.
1532-ci ildə Übeydulla xan şəhərdən geri çəkildikdən sonra Herata daxil olan şah, Heratın özbəklər tərəfindən mühasirəsi zamanı "məzlumların əmlakını qarət etdiklərinə", xalqı incitdiklərinə görə Xorasan hakimi Qazi xan Təkəlini və onun köməkçilərini vəzifədən kənar etməyə məcbur olmuşdu. Xəzinədən "yoxsullara" və "zəiflərə" pul paylandı. Ağzıvar xan Şamlı eyni zamanda vilayətin nominal hakimi çahzadə Sam mirzənin atabəyi (lələsi) yerini tutmaqla Xorasan hakimi təyin olundu.
1534-cü ildə vəkil Hüseyn xan Şamlının öldürülməsi ilə Ardı »