Qidalanma və Dieta → Əti uzun müddət saxlamaq insan üçün zərərlidir?
Sağlam və ləzzətli yeməklərin hazırlanması, ilk növbədə, qidalardan və keyfiyyətdən asılıdır. Qidaları isə təzə və tər saxlamaq bacarıq tələb edir. Soyuducu bəzi qida məhsullarını uzun müddət saxlamaq üçün ideal bir yerdir. Amma hansı ərzağın, necə və nədə soyuducuya qoyulmasından çox şey asılıdır.
Məsələn, Pakistan alimlərinin gəldiyi nəticəyə görə, əti soyuducuda 10 gündən artıq saxlamaq zərərlidir. Onlar bu müddətdən artıq ətin soyuducuda saxlanılmasından imtina etməyə çağırırlar. Məhsul 10 gündən artıq soyuducuda saxlanarsa, ondakı zülal tamamilə məhv olur. Bu da qida zəhərlənməsinə və mədə-bağırsaq traktının pozulmasına səbəb ola bilər.
Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin qidalanma gigiyenası bölməsinin müdiri İmran Abdullayev Milli.Az xəbər portalına Ardı »