Azərbaycanın müharibələri → Söhrab Əsgərov
Söhrab Əsgərov - Qarabağ müharibəsi iştirakçısı, şəhid.
Söhrab Telman oğlu Əsgərov 1972-ci il aprel ayının 1-də Azərbaycan Respublikasının Laçın rayonunun Arduşlu kəndində anadan olmuşdur. Bakı dəmir yol texnikumunu bitirib. 1971-ci il dekabr ayından Biləcəri vaqon deposunun vaqon yiğma sexində çilingər işləyirdi. Doğma yurd-yuvasını erməni işğalçılarından qorumaq niyyəti ilə 1992-ci il iyun ayının 22-də könüllü olaraq Azərbaycanın Milli Ordusuna getmişdir. 1994-cü il yanvar ayının 11-də Ağdərə rayonunda şəhid olmuşdur. Subay idi. Ağdərə rayonunda dəfn edilmişdir. Ardı »