Azərbaycanın müharibələri → İldırım xan və Çərkəz bəy qardaşları
Həyatları[redaktə]
İldırım xan və Çərkəz bəy qardaşları soykökü etibarilə Kəbirli tayfasının Seyidli oymağındandırlar. Qarabağ xanlığının qurucusu Pənahəli xan rəqiblərinə qarşı mübarizədə arxalandığı, etibar edə biləcəyi bir neçə tayfa və bu tayfaların oymaqlarından çıxmış qoçaq insanları olmuşdur. Qarabağa aid yazılan salnamələrə görə, Cavanşir, Otuziki, Kəbirli və başqa tayfalar hər zaman Pənahəli xana sədaqətli olmuşlar. Seyidli oymağının əhalisi də Pənahəli xanın güvəndiyi igid, mərd insanlar sırasında idi. Seyidli oymağında tarixi şəxsiyyətləri ilə tanınan müxtətif nəsillər yaşamışlar. Bu nəsillər Qarabağın ictimai həyatında aparıcı rol oynayan insanları ilə tanınmışdır. İldırım xan və Çərkəz bəy qardaşları ata tərəfdən Şərifli soyuna, ana tərəfdən Qazılı soyuna mənsubdurlar. Ataları Qasım Ardı »