Azərbaycanın müharibələri → Hüseyn Dərya
Həyatı[redaktə]
1975-ci il iyunun 29-da Bakının Bakıxanov qəsəbəsində anadan olmuşdur. Nərimanov rayonunda yerləşən 4 saylı fars təmayüllü məktəbdə oxumuşdur. Könüllü olaraq öz təhsilindən imtina edib, əsgəri xidmətə yollanıb Qarabağ müharibəsində iştirak edib[1]. Dörd il iki ay hərbi xidmətdə olmuşdur.
İlk dəfə meyxana və muğamla repi sintez etmişdir. "Aslanskiy" nominasiyanı 15 respublika arasından Azərbaycana gətirmiş, və ondan sonra nominasiyanı MDB-də heç bir reperə verməmişlər. 2004-cü ildə "İlin ən yaxşı reperi", "İlin ifaçısı" və "İlin albomu" nominasiyalarını almışdır. İlk dəfə Ü.Hacıbəyov diplomunu alıb. "Yaşa, Azərbaycan" adlı prezident mükafatına da ilk dəfə layiq görülmüşdür. Efirdə açıq-aşkar etiraf etmişdir ki, narkotik istifadə edib. Həbs olunduğu gündən istifadə Ardı »