Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Azərbaycanın müharibələri‎Vüqar Abdullayev

Vüqar Abdullayev — Qarabağ müharibəsi iştirakçısı, şəhid.

Vüqar Sədrəddin oğlu Abdullayev 1969-cu ildə Laçın rayonunun Hacıxanlı kəndində anadan olub. 1976-1986-cı illərdə Hacıxanlı kənd orta məktəbində təhsil alıb. 1987-1989-cu illərdə keçmiş sovet ordusu sıralarında 2-illik həqiqi hərbi xidmət çəkib.

Hərbi xidmətini başa vurduqdan sonra Laçın rayonuna qayıdır.

1990-cı il iyun ayında rayon Polis Şöbəsinə sıravi heyətə polis xidmətinə işə qəbul olunur. Vüqar hərbi xidmətini, müharibə şəraitində çətin və məsuliyyətli polis xidməti ilə əvəz edir. Laçın rayonunun Qorçu, Ərikli, Narınclar, Alxaslı, Qoşasu, Fərəcan, Suarası kəndləri uğrunda gedən qanlı döyüşlərdə qəhrəmanlıqla vuruşur.

Komandirlərin ona verdiyi döyüş tapşırıqlrını məharətlə və vaxtında yerinə yetirir. Sonra Vüqarın döyüş yolu Murov dağının Ardı »

Azərbaycanın müharibələri‎Cəmil Quliyev (akademik)

Həyatı[redaktə]
M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin tarix fakültəsində təhsil alıb. 100-dən çox elmi əsərləri nəşr olunub.

Bakı Dövlət Universitetinin müəllimi, professoru (1952-1972), rektoru (1989-1990), Partiya Tarixi İnstitutunda elmi işlər üzrə direktor müavini (1958-1972), Azərbaycan SSR EA-nın Tarix İnstitutunun direktoru (eyni zamanda, Azərbaycan Sovet Ensiklopediyasının baş redaktoru və EA-nın vitse-prezidenti vəzifəsini icra edən, 1972-1978), Azərbaycan SSR EA-nın vitse-prezidenti (1981-1990), AMEA-nın İctimai Elmlər Bölməsinin akademik-katibi (1997-2001), "Naxçıvan Ensiklopediyası"nın redaktoru (1999-2002), AMEA-nın Rəyasət Heyətinin üzvü (2001-2007) çalışıb.

1972-ci ildə EA-nın müxbir üzvü, 1980-ci ildə isə həqiqi üzvü seçilib. Tarix elmləri doktoru, professor, Dövlət mükafatı laureatı (1974) idi, "Şöhrət" ordeni ilə təltif edilmişdi (2000), əməkdar elm xadimi idi. Ardı »

Azərbaycanın müharibələri‎Bəxtiyar Kavanlı - Pedaqoji fəaliyyəti

Pedaqoji fəaliyyəti[redaktə]
1971–ci ilin sentyabr ayında Laçın rayonuda Bəxtiyar Bəxtiyarov Laçın rayonunun Ərdəşəvi kəndində kənd orta məktəbdə Pioner baş dəstə rəhbəri kimi pedoqoji fəaliyyətə başlayır.

1977-78-ci tədris ilində Bülüldüz kənd natamam orta məktəbində çalışmağa başlayır. Yaxşı əmək fəaliyyəti göstərdiyi üçün Bəxtiyar müəllim bu təhsil müəsisəsində məktəb direktoru vəzifəsinə qədər yüksəlir və 1980-ci ilə qədər bu vəzifədə çalışır.

1980-81-ci tədris ilindən Bülüldüz kənd natamam orta məktəbində təlim-tərbiyə işləri üzrə direktor müavini vəzifəsini icra etməyə başlayır. 1992-ci ilə qədər bu vəzifədə çalışır.

1992-ci ilin oktyabr ayında Bakı şəhəri Sabunçu rayonunun ərazisində, Bakı şəhər 68 saylı orta məktəbin nəznində təşkil olunmuş Laçın 3 saylı orta məktəbində coğrafiya müəllimi Ardı »

Azərbaycanın müharibələri‎Bəxtiyar Əzimov

Həyatı[redaktə]
Bəxtiyar Cahangir oğlu 1973-cü ildə Füzuli rayonunun Aşağı Yağləvənd kəndində dünyaya gəlmişdi. Araz Yağləvənd kənd orta məktəbini bitirmişdi.

Bəxtiyar Əzimov 1992-ci ildə Qarabağ savaşlarında şəhid olub. Araz Yağləvənd kənd məktəbi şəhid Bəxtiyar Əzimovun adını daşıyır. Ardı »

Azərbaycanın müharibələri‎Yavər Həsənov (şəhid)

Həyatı[redaktə]
15 mart 1963-cü ildə Qərbi Azərbaycanın Ağbaba mahalının Amasiya rayonunun Balıqlı kəndində anadan olmuşdur. 1988-ci illərdə erməni faşistləri azərbaycanlıları buradan deportasiya edərkən onun ailəsi Bakıya köçmüş Binəqədi rayonu ərazisində Xutor adlanan bölğəsində məskunlaşmışlar.Qarabağ hadisələri başlayanda ermənilərə qarşı olan mitinqlərdə fəal iştirak etmişdir. Yavər erməni vəhşiliyinin nə olduğunu hamıdan yaxşı bilirdi çünki onun ata nənəsi Səkinə nənə əslən Ərzurum vilayətinin Oltu yaxınlığındakı Sıxcey kəndindən idi. Səkinə nənə söylədiklərinə görə onun atasını qapılarının nökəri olan erməni öldürmüşdür. O,gündən sonra Səkinə nənənin qaçqınlıq həyatı başlamışdır.Sonradan Sovetlər birliyi qurulanda onlar Balıqlı kəndində yaşamışlar. Uşaq vaxtından erməni vəhşiliklərinin şahidi olan Səkinə nənə öz övladlarına hər zaman Ardı »

Azərbaycanın müharibələri‎Xəqani Məcnunov

Xəqani Vaqif oğlu Məcnunov - Qarabağ müharibəsi iştirakçısı, şəhid.

Məcnunov Xəqani Vaqif oğlu 1974-cü ildə Laçın rayonunun Oğuldərə kəndində anadan olub. 1981-ci ildə Oğuldərə kənd orta məktəbinin I sinfinə gedib, 1991-ci ildə həmin məktəbi qurtarıb. 1992-ci ildə milli ordumuzun tərkibində bir çox döyüşlərdə iştirak edib.

Xidmət etdiyi batalyon dağıldığına görə 1993-cü ilin oktyabrında evə qayıdıb. 1993-cü il dekabr ayının 24-də məskunlaşdıqları Qəbələ rayonundan çıxıb Şəki rayonunun Baş Göynük kəndinin ərazisində məskunlaşan əmisi evinə gedib.

28 dekabr 1993-cü ildə oradan döyüşə yollanıb və həmin gün Ağdam rayonunun Salahlı Kəngərlisi istiqamətində gedən döyüşdə əsir düşüb. Ardı »

Azərbaycanın müharibələri‎Gültəkin Əsgərova

Həyatı[redaktə]
Gültəkin Əsgərova 20 noyabr 1960-ci ildə Bakı şəhərində dünyaya göz açmışdır. Azərbaycan Dövlət Tibb İnstitutunu bitirmişdir (1985). Əmək fəaliyyətinə 8 №-li təcili yardım stansiyasında başlamış, 1991-ci ildən Uroloji kliniki xəstəxanada işləmişdir.

Döyüşlərdə iştirakı[redaktə]
Gültəkin Əsgərova 1992-ci ilin aprelindən konüllü cəbhəyə yollanmış, Turşsu, Şuşa xəstəxanalarında, Ağdamın Mahrızlı kəndindəki hospitalda hərbi həkim kimi fəaliyyət göstərmişdir. Aranzəmin yüksəkliyi uğrunda gedən döyüşlərdə 19 iyul 1992-ci ildə qəhrəmancasına həlak olmuşdur.

Ailəsi[redaktə]
Gültəkin Əsgərova ailəli idi. Bir qızı yadigar qalıb.

Milli Qəhrəman[redaktə]
Azərbaycan Respublikası Prezidentinin 20 noyabr 1993-cü il tarixli 31 saylı fərmanı ilə Əsgərova Gültəkin Məlik qızı ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülmüşdür[1].

Bakı şəhərinin Şəhidlər xiyabanında dəfn edilmişdir.

Xatirəsi[redaktə]
Oxuduğu 200 saylı Ardı »

Azərbaycanın müharibələri‎Xəqani Axundov - "İgidliyə görə" medalı

Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 21 iyun tarixli 2257 saylı sərəncamı ilə Azərbaycan Respublikasının müstəqilliyinin və ərazi bütövlüyünün qorunub saxlanmasında xüsusi xidmətlərinə, öz xidməti vəzifələrini və hərbi hissənin qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqləndiyinə görə gizir Axundov Xəqani Həsən oğlu ölümündən sonra "İgidliyə görə" medalı ilə təltif edilmişdir Ardı »