Azərbaycanın müharibələri → Natiq Məmmədov (milli qəhrəman)
Həyatı[redaktə]
11 may 1975-ci ildə Zaqatala rayonunun Əli Bayramlı kəndində anadan olmuşdur. 1990-cı ildə kənd orta məktəbinin səkkizinci sinfini bitirdikdən sonra Qax rayonundakı 3 saylı texniki-peşə məktəbində təhsilini davam etdirir. 1993-cü ildə Milli Ordu sıralarına çağırılır.
Döyüşlərdə iştirakı[redaktə]
Natiq Məmmədov bir müddət təlim keçdikdən sonra döyüşlərdə iştirak edir. Natiq Füzuli, Ağdam, Tərtər cəbhələrində döyüşlərdə iştirak edtmişdir. 1994-cü il 4 oktyabr tarixində silahlı dəstə dövlət çevirilişinə cəhd etdi. Onlara xəbərdarlıq edilsə də silahı yerə qoymadılar. Dəstənin zərərsizləşdirilməsi zamanı Məmmədov Natiq dövlətçiliyimiz uğrunda canını qurban verdi.
Ailəsi[redaktə]
Subay idi.
Milli Qəhrəman[redaktə]
Azərbaycan Resublikası prezidentinin 5 oktyabr 1994-cü il tarixli 215 saylı fərmanı ilə Məmmədov Natiq Bəşir oğlu ölümündən sonra “Azərbaycanın Ardı »