Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Azərbaycanın müharibələri‎Fəridə Hicran

Vıliyeva Fəridə Talıb qızı (Fəridə Hicran) — azərbaycanlı folklorşünas, filologiya üzrə fəlsəfə doktoru, AMEA Nizami adına Ədəbiyyat İnstitutunun "Türk xalqları ədəbiyyatı" şöbəsinin böyük elmi işçisi, Azərbaycanda yuxu yozumlarının əsas tədqiqatçılarından biri.

Kitabları[redaktə]
Yuxu və onun rəmzləri. Bakı: Elm, 1990.
Qarabağda talan var. Bakı: Gənclik, 1992, 160 səh.
Azərbaycan mühacirət folklorşünaslığı. Bakı: Qartal, 2009, 175 səh.
Ruhumuzun irmaqları. Bakı: Elm və təhsil, 2010, 102 səh.
Yuxular-yozmalar və röyanın sirləri müdriklərimizin idrak xəzinəsində. Bakı: Elm və təhsil, 2011, 190 səh.
Güzgü arxetipi folklorda. Mənim güzgülü dünyam. Bakı: Elm və təhsil, 2012, 55 səh.
Qız qalası mövzusu folklorda və bədii ədəbiyyatda. Bakı: Elm və təhsil, 2012. Ardı »

Azərbaycanın müharibələri‎Eldar Tağızadə

Həyatı[redaktə]
1963-cü il 6 sentyabr Bakı şəhərində anadan olmuşdur. 1970-1980-cı illərdə Nəsimi rayonundakı 164 saylı məktəbdə təhsil almışdır. Məktəbi bitirən Eldar Bakı Dövlət Universitetinə daxil olur və 1985-ci il buranı fərqlənmə diplomu ilə bitirir. Daha sonra polis olmaq istəyən Eldar Səbail rayon polis idarəsində çalışmağa başlayır. 1989-cu ildə Sverdlovsk şəhərində kurs keçir və baş leytenant rütbəsini alır. Tağızadə Eldar Daxili İşlər Nazirliyində əməliyyat müvəkklili vəzifəsində çalışırdı.

Döyüşlərdə iştirakı[redaktə]
Cəsur polis işçisi tez-tez cəbhəyə gedir və girovların azad edilməsində iştirak edirdi. Eldarın sayəsində neçə-neçə insan girovluqdan azad edilmişdi. 1991-ci ildə ona kapitan rütbəsi də verilmişdi. Onu DİN-nin Terrorizmə və Banditizmə Qarşı Mübarizə İdarəsinin rəis müavini Ardı »

Azərbaycanın müharibələri‎Cavanşir Muradov

Həyatı[redaktə]
1966-cı il martın 10-da Ağdam rayonunun Mərzili kəndində anadan olub. 1973-1983-cü illərdə Məmməd Rahim adına 7 saylı Bakı şəhər orta məktəbdə oxuyub. 1986-1991-cı illərdə Kuban Dövlət Universitetinin (Rusiya) filologiya fakültəsində təhsil alıb. 1984-1986-ci illərdə Ukraynada hərbi xidmətdə olub. 1992-ci ildən BDU-nun ümumi dilçilik kafedrasında çalışır. Ailəlidir, iki övladı var. Ardı »

Azərbaycanın müharibələri‎258 nömrəli PDM-in ekipajı - Yaradıcı heyət

Yaradıcı heyət[redaktə]
Ssenari müəllifi: Şahin Hacıyev
Rejissor: Elcan Məmmədov
Operator: Elman Nəbiyev
Montajçı: Sərxan Vəliyev
Mətni səsləndirənlər: Sərvər Əliyev və Şirin Tire
Maraqlı faktlar[redaktə]
Filmdə "Le Trio Joubran" qrupunun (Bill Tiens Bon, Daww) və Ennio Morikonenin (Vittime di Guerra) əsərlərindən istifadə edilmişdir. Ardı »

Azərbaycanın müharibələri‎Leyla Bağırova - Ailəsi

Ailəsi[redaktə]
Leyla müəllimə 1973-cü ildə ailə həyatı qurmuşdur. Hal-hazırda 3 övladı və 7 nəvəsi var. 2009-cu ildə həyat yoldaşı vəfat etmişdir.

Oğlu Bağırov Elçin Karrar oğlu 1974-cü ildə anadan olub. Kooperasiya İnstitutunu fərqlənmə diplomu ilə bitirib, hal-hazırda “Xatun” kiçik müəssisəsinin rəhbəridir.

Qızı Bağırova Səidə Karrar qızı 1976-cı ildə anadan olub. BDU-nun “Coğrafiya” fakültəsini bitirib. 42 saylı Ağdam şəhər orta məktəbində müəllim işləyir.

Qızı Bağırova Xəyalə Karrar qızı 1980-ci ildə anadan olub. BDU-nun “Biologiya” fakültəsini bitirib. Hal-hazırda Bakı şəhərində Hidroloji-Melorativ Su idarəsində mühəndis-bioloq vəzifəsində çalışır. Ardı »

Azərbaycanın müharibələri‎Belə bir kənd var (film, 1981)

Məzmun[redaktə]
Film Ağdam bölgəsindəki Xındırıstan kəndi, bu kəndin müasir siması, zəhmət adamlarının mənəvi təkamülü, məişəti, bu kənddə yaranan yeni adət-ənənələr haqqında söhbət açır.
Filmin heyəti[redaktə]
Filmin üzərində işləyənlər[redaktə]
Rejissor : Musa Bağırov
Ssenari müəllifi : Eldəniz Quliyev
Operator : Sərdar Vəliyev
Səs operatoru : Şamil Kərimov Ardı »

Azərbaycanın müharibələri‎Xoşqədəm Hidayətqızı

Həyatı[redaktə]
Xoşqədəm Hidayət qızı Baxşəliyeva Ağdərənin Narışlar kəndində anadan olub. 1991-ci ildə Naxçıvan Dövlət Universitetinin tarix fakültəsinə daxil olub.

1993-cü ildən ailə vəziyyəti ilə əlaqədar olaraq təhsilini Bakı Dövlət Pedaqoji Universitetində davam etdirib və 1995-ci ildə ali təhsilini başa vurub. Sonradan Bakı Dövlət Universitetinin hüquq fakültəsini bitirib.

1998-ci ildə "Üç nöqtə" qəzetini təsis edib və onun baş redaktoru kimi fəaliyyətə başlayıb. Bir ildən sonra qəzet "Yeni nəsil" Jurnalistlər Birliyi tərəfindən "İlin debütantı" mükafatına layiq görülüb. Bundan sonra qəzet və onun baş redaktoru onlarla mükafat alıb: «İlin jurnalisti», "Peşəkar jurnalist", "Vətənpərvər jurnalist", "Mübariz qəzetçi" və s. O, "Media-2005" seçki blokunun təşəbbüskarlarından biri olub.

2011-ci ildən televiziyada Ardı »

Azərbaycanın müharibələri‎Ayaz Abbasov

Ayaz Əkbər oğlu Abbasov (1963, Qaradağlı, Ağdam -6 fevral, 1992, Xocavənd) - Qarabağ muharibəsində itgin düşüb.

Həyatı[redaktə]
Ayaz Əkbər oğlu Abbasov - 1963-cü ildə Ağdam rayonunu Qaradağlı kəndində anadan olmuşdu. Ağdam Polis İdarəsi post-patrul alayının əməkdaşı idi. 1992-ci il fevral ayının 6-da Xocavənd rayonunun Qaradağlı kəndi uğrunda gedən döyüşdə itgin düşmüşdür. Ardı »