Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Azərbaycanın müharibələri‎Ağdam muğam məktəbi

Ağdamın Xan Şuşinski adına Muğam məktəbi 1985-ci ildən fəaliyyətə başlayıb. Yarandığı vaxtdan indiyə kimi məktəbə respublikanın Əməkdar Mədəniyyət İşçisi Rafiq Rüstəmli rəhbərlik edir. R.Rüstəmlinin 1987-ci ildə məktəbin nəzdində təşkil etdiyi "Qarabağ bülbülləri" ansamblı dövlət tədbirlərində, M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında, televiziyada, hərbi hissələrdə geniş proqramla konsertlər vermişdir[1].

Muğam məktəbi yüzlərlə sənətkar yetişdirib. Onlardan əməkdar artist Firuz Səxavət, Opera və Balet Teatrının solisti Səbuhi İbayev, Sevinc Sarıyeva, Humay Məmmədova, Ehtiram Hüseynov, Fəqani Əliyev, Cabir İmanov, Ayaz Qasımov, Habil Hacıyev və digərləri republikamızın tanınmış, adlı-sanlı sənətkarlarıdır.[2]

1993-cü ildə Ağdam şəhəri işğal olunduqdan sonra muğam məktəbi Biləcəridəki Q.Abbasov adına 284 saylı orta məktəbdə fəaliyyətini davam etdirir. Ardı »

Azərbaycanın müharibələri‎Təbriz Xəlilbəyli

Həyatı[redaktə]
1964-cü il 12 fevralda Bakı şəhərində dünyaya göz açmışdır. 1981-ci ildə Bakı şəhəri M.Müşfiq adına 18 saylı orta məktəbi bitirmişdi. 1982-ci ildə o, Azərbaycan Dövlət İncəsənət İnstitutuna daxil olur. Təhsilini qiyabi davam etdirərək, həm də C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında işıqçı işləyir.

Döyüşlərdə iştirakı[redaktə]
Xəlilbəyli Təbriz 1991-ci ilin sonunda könüllü olaraq cəbhəyə yollandı. Xromord və Naxçıvanik kəndləri uğrunda gedən döyüşlərdə o, qəhrəmanlıq nümunəsi göstərmişdi. Döyüş şücaətinə görə DİN-nin "Boz qurd" mükafatına layiq görülüb. 1992-ci il 31 yanvar Təbriz Xəlilbəylinin son döyüşü oldu. O, qəhrəmancasına həlak oldu.

Ailəsi[redaktə]
Ailəli idi. İki qızı yadigar qalıb.

Milli Qəhrəman[redaktə]
Azərbaycan Respublikası Prezidentinin 8 oktyabr 1992-ci il tarixli 264 saylı Fərmanı ilə Xəlilbəyli Ardı »

Azərbaycanın müharibələri‎Şükufə Mirzəyeva

Mirzəyeva Şükufə Şamil qızı (20 dekabr 1925, Gülablı, Ağdam, Azərbaycan SSR, SSRİ - 9 oktyabr 1980, Bakı, Azərbaycan SSR, SSRİ) — görkəmli azərbaycan filosofu, fəlsəfə elmləri doktoru (1963), professor (1964).

Həyatı[redaktə]
Azərbaycan Dövlət Universitetini bitirmişdir (1944). Əmək fəaliyyətinə 1944-cü ildən Azərbaycan EA Fəlsəfə İnstittutunda başlamışdır. Azərbaycan xalqının estetik fikir tarixi və estetikanın problemləri ilə məşğul olmuşdur. Bədii, ədəbi-tənqidi və incəsənətə dair bir sıra əsərləri var. Ardı »

Azərbaycanın müharibələri‎Ceyhun Səlimov - Döyüş yolu

Döyüş yolu[redaktə]
O, 777-ci Xüsusi Təyinatlı hərbi hissənin tərkibində Şuşaya yollanır.O,cəsur və qorxmaz bir oğlan idi.Ceyhun döyüşə gülə-gülə,zarafat edə-edə gedirdi.Çox cəld idi.Əsgər dostları ona “Zayçik” adını qoymuşdu.

Ceyhunun qulluq etdiyi hərbi hissənin sorağı Şuşadan,Daşaltıdan,Kosalardan gəlməyə başladı.Şuşa uğrunda döyüşlərin birində əlindən və ayağından ağır yaralanır.Bir neçə yoldaşları ilə birlikdə mühasirədən çıxaraq meşə yolu ilə Laçına gəlib çıxırlar. Ceyhun və digər yaralı yoldaşları vertalyotla Bakıya gətirilirlər. Xəstəxanada müəyyən edildiki, Ceyhun 14 qəlpə yarası almışdır. Həkimlərin böyük səyi nəticəsində əlindəki və ayağındakı qəlpələrin yarısı çıxarıldı.7 qəlpəni çıxartmağa qoymadı.Həkimlərə dedi: ”Müharibədən sonra...”

20 gün xəstəxanada yatdıqdan sonra Ceyhun Milli Ordunun kəşfiyyat batalyonun tərkibində Ağdərəyə yollanır. 1992-ci ilin iyulun Ardı »

Azərbaycanın müharibələri‎BMT-nin insan haqları üzrə şurası

BMT-nin insan haqları üzrə şurasının 7-ci sessiyasında silahlı münaqişələr zamanı itkin düşmüş azərbaycanlıların problemi ilə bağlı ölkəmizin nümayəndə heyətinin irəli sürdüyü qətnamə layihəsi 38 ölkənin yekdil rəyi ilə qəbul edilib. Bu barədə Azərbaycanın BMT-nin Cenevrədəki ofisi yanındakı daimi nümayəndəliyindən məlumat verilib.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi zamanı itkin düşmüş şəxslərlə bağlı siyahıda ölkəmizdən 4 mindən artıq vətəndaşın itkin düşməsi faktı öz əksini tapıb. Layihədə silahlı münaqişədə iştirakçı tərəf dövlətlərin itkin düşmüş şəxslərin taleyini müəyyənləşdirmək üçün Beynəlxalq Qırmızı Xaç Komitəsi (BQXK) ilə hərtərəfli əməkdaşlıq etməsi barədə çağırış öz əkisni tapıb.

Qətnamə layihəsi istiqamətlərinin operativliyini təmin etmək məqsədilə Azərbaycan nümayəndə heyətinin BQXK, qeyri hökumət təşkilatlarının, insan Ardı »

Azərbaycanın müharibələri‎Bayram Əliyev

Həyatı[redaktə]
Bayram Mədət oğlu Əliyev 1950-ci il iyulun 7-də Ermənistan SSR Kalinino rayonunun Qızıldaş kəndində anadan olub.

Ç.İldırım adına Az.Pİ-ni bitirib. 2 nömrəli evtikmə kombinatında icraçı işləyib.

Ailəli idi. 1990-cı ildə ata və anası təqaüdçü idi.

Diaqnoz: döş qəfəsinin küt alətlə travması, daxili orqanların və qabırğaların sınması və zədələnməsi, həmçinin odlu silahla yara.

Yanvarın 21-də «Volçi vorot» (Qurd qapısı) qəbiristanlığında dəfn edilib. Ardı »

Azərbaycanın müharibələri‎Nurəddin Ağahüseynov

Nurəddin Aslan oğlu Ağahüseynov - 20 Yanvar Şəhidi. 1951-ci ildə Neftçala rayonun Həsənabad qəsəbəsində anadan olmuşdur. 8 illik sinifi bitirib, Leninqrad (İndiki Sank-Peterburuq) şəhərində hərbi qulluqda olub. 1972-ci ildə Azərbaycan Yüngül Sənaye Texnikomunu bitirib və müxtəlif sahələrdə işləmişdir. 1990-cı il yanvarın 25-də işdən evə gələrkən sükan arxasında sülh ordusu sayılan Sovet hərbiçiləri tərəfindən atəşə tutularaq qətlə yetirilmişdir. 3 övladı qalmışdır- iki qız, bir oğlan.


1951-ci il dekabrın 15-də Neftçala rayonunun Sovetabad kəndində anadan olub. Rayonun 26-lar qəsəbə yeməkxanasında aşpaz işləmişdir. İki qızı, bir oğlu qalıb: İlahə, Tərlan, Xəyalə. Yanvarın 25-də axşam təxminən saat 19-da işdən evə gələrkən Neftçala mərkəzi univermağının qarşısında öz Ardı »

Azərbaycanın müharibələri‎Sırxavənd - Əhalisi

Əhalisi[redaktə]
Sırxavənd Ağdərənin azərbaycanlılar yaşayan ən böyük kəndi idi, onun 2 minə yaxın əhalisi vardı. Burada 250-dən çox ev var idi. Əslində 1923-cü ildən DQMV-nin yarandığı ilk gündən, gözdən, könüldən kənarda qalmış bu kəndlər xüsusilə 50-ci illərin əvvəllərində burada yaşayan azərbaycanlılar düşünülmüş gizli miqrasiyaya məruz qalmışlar. On illiklər ərzində azərbaycan kəndlərinin sosial-iqtisadi və mədəni inkişafı üçün heç bir iş görülməmiş, yeni iş yerləri açılmamış, mütəxəssislərə qsədən iş verilməmiş və bunu nəticəsində minlərlə azərbaycanlı dolanışıq çətinliyi ucbatından rayondan baş götürüb getməyə məcbur edilmişdir. Təkcə bir faktı qeyd edək ki, qonşu erməni kəndlərinin hamısında xəstəxana, poçt, klub olduğu halda 12 azərbaycanlı kəndinin hüç birində Ardı »