Azərbaycanın müharibələri → Təyyar Bayramov
Həyatı[redaktə]
Təyyar Bayramov 1976-cı ildə Ağdam rayonunda anadan olub. Muğama uşaq vaxtlarından maraq göstərib. A.Zeynallı adına musiqi kollecində təhsil alarkən peşəkar ifaçılıqla məşğul olmağa başlayıb. Kollecdə oxuduğu zaman keçirilən musiqi müsabiqələrindən birinə qatılıb və 3-cü yeri tutub.
Karyera[redaktə]
T.Bayramov 2005-ci ildə keçirilən Televiziya Muğam Müsabiqəsində 1-ci yeri tutub. Opera və Balet Teatrında ilk olaraq “Leyli və Məcnun” tamaşasında İbn Sənan obrazını canlandırıb. Teatrdakı səhnə fəaliyyətinə həmin tamaşadan başlayıb. Daha sonra gənc xanəndəyə 2006-cı ildə dahi sənətkar Müslüm Maqomayev (bəstəkar)in "Şah İsmayıl" operasında baş rol olan Şah İsmayıl həvalə edilir. Bu tamaşalarla bərabər, “O olmasın, bu olsun”, “Natəvan” operalarında xanəndə rolunu ifa edir[1]. Qısqanclıqka qarşılanmasına Ardı »