Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Azərbaycanın müharibələri‎Bəxtiyar Əsgərov

Həyatı[redaktə]
Bəxtiyar Namaz oğlu Əsgərov 1931-ci ildə Azərbaycan SSR-nin Ağdərə rayonunun Qaraşlar kəndində anadan olmuşdur.

Bəxtiyar Əsgərov Azərbaycan Tibb İnstitutunun əvvəl "Cərrahiyyə", sonra isə "Travmatologiya" şöbəsini bitirmiş, Mardakеrt (Ağdərə) şəhər xəstəxanasında işə başlasa da еrmənilər imkan vеrməmiş, bu səbəbdən də Bərdə şəhər "Mərkəzi Xəstəxana"sında əvvəl cərrah kimi, sonra isə öz təşəbbüsü və şəxsi bacarığı ilə açdığı travmatoloji şöbədə işləməklə, sənətində yüksək nailiyyətlər əldə еtmişdir.

2008-ci ilin axırlarında Bərdədə vəfat etmişdir. Ardı »

Azərbaycanın müharibələri‎Mehmana - Əhalisi və İqtisadiyyatı

Əhalisi[redaktə]
Kəndin əhalisi əsasən Pont yunanlarından ibarət olub.

İqtisadiyyatı[redaktə]
Mehmana kkəndi ərazisi faydalı qazıntılarla zəngindir. Mehmana yatağında sənaye ehtiyatları 37,3 milyon ton olan qurğuşun, 40,4 milyon ton olan sink, 100 milyon ton olan Dəmirli mis yatağı, Canyataq-Gülyataq qızıl yatağı vardır. Mehmana mis yatağı Türkiyəli iş adamı Mehmət Abdullaoğluna satılıb. 2004-cü ildən türk iş adamı Mehmana ərazisindən mis çıxarmaqla məşğuldur. Maraqlıdır ki, ərazidən çıxarılan mis Rusiya Federasiyasindakı, Almaniyadan olan iş adamına satılır. 2005-ci ilin mart ayından iş adamı M. Abdullaoğlu ərazidəki digər mis və qurğuşun yataqlarını da satın alıb. Ardı »

Azərbaycanın müharibələri‎Ceyhun Məmmədov (idmançı) - Uğurları

1985-ci il - Kiev şəhərində keçirilən yeniyetmələr arasında SSRİ birinciliyi və Ümumittifaq idman oyunlarının Çempionu.
1986-cı il - Vladimir şəhərində keçirilən yeniyetmələr arasında SSRİ birinciliyinin Çempionu.
1986-cı il - Minsk şəhərində keçirilən SSRİ Xalqlarının IX Spartakiadasının Çempionu.
1987-cı il - Kalinin şəhərində keçirilən gənclər arasında SSRİ çempionatının Çempionu.
1987-cı il - İtaliyanın Milan şəhərində keçirilən gənclər arasında Dünya çempionatının Çempionu.
1988-ci il - Tula şəhərində şəhərində keçirilən gənclər arasında Dünya çempionatının Çempionu.
1988-ci il - Omsk şəhərində keçirilən kişilər arasında Dünya çempionatının Çempionu.
1988-ci il - Kanadada keçirilən kişilər arasında Dünya çempionatının Çempionu
1989-cu il – Alma-Ata şəhərində keçirilən kişilər arasında SSRİ çempionatının Çempionu
1989-cu il – Kiyev şəhərində keçirilən Ardı »

Azərbaycanın müharibələri‎Vəzir Sədiyev

Həyatı[redaktə]
6 iyun 1961-ci ildə Gürcüstan Respublikasının Marneuli rayonunun Aşağı Qullar kəndində anadan olmuşdur. Orta təhsilini Qərbi Azərbaycanda alan Vəzir daha sonra Tbilisi Ali Hərbi Artilleriya Məktəbinə daxil olur.

Döyüşlərdə iştirakı[redaktə]
Vəzir Sədiyev Əfqanıstan müharibəsində iştirak etmişdi. O, yüksək səviyyəli xidmətinə görə mayor rütbəsi də almışdı. Dəhşətli Xocalı soyqırımından sonra könüllü olaraq müharibəyə qoşulmağı qərara alır. Vəzir Laçın, Qubadlı, Füzuli, Ağdərə rayonlarında gedən döyüşlərdə iştirak etdi. Milli Orduda artilleriya hissələrinin yaradılmasında onun böyük xidmətləri olmuşdşur. 1993-cü il 19 fevral Həsənriz kəndi uğrunda gedən döyüşlərdə cəsur komandir Vəzir Sədiyev qəhrəmancasına həlak oldu.

Ailəsi[redaktə]
Ailəli idi, bir övladı qalıb.

Milli Qəhrəman[redaktə]
Azərbaycan Respublikası prezidentinin 15 yanvar 1995-ci il tarixli 262 Ardı »

Azərbaycanın müharibələri‎Vəngli Mədəniyyəti

Mədəniyyəti[redaktə]
Kənddə 1238-ci ildə tikilmiş və Qafqaz Albaniyası memarlığının incisi sayılan Gəncəsər monastırı yerləşir.

Coğrafiyası və iqlimi[redaktə]
Vəngli Xaçınçay çayının sol sahilində, yüksək dağlıq ərazidə yerləşir. Havası yay zamanı sərin, yağışlı, qışda isə soyuq və qarlı keçir. Kəndin ətrafı meşələrlə örtülüdür, buna görə havası təmiz və səfalıdır.

Əhalisi[redaktə]
Kənddə hal-hazırda təxminən 1000 nəfər əhali yaşayır ki, bunun da hamısını vaxtilə bura İrandan köçürülmüş ermənilərin törəmələri təşkil edir. Ardı »

Azərbaycanın müharibələri‎Rafiq Orucov (şəhid)

Həyatı[redaktə]
aprel 1972-ci ildə Laçın rayonunun Fərraş kəndində doğulmuşdur[1]. Orta məktəbi bitirmiş və 1989-cu ildə Azərbaycan Neft və Kimya İnstitutunun axşam şöbəsinə daxil olmuşdur. Oxuduğu müddətdə Leytenant Şmidt adına zavodda işləmişdir. 1990-cı ildə hərbi xidmətə yollanmış, əvvəlcə Almaniya Demokratik Respublikasında, sonra isə Moskvada xidmət keçmişdir. Daha sonra Bakıya qayıtmış və könüllü olaraq Milli Ordu sıralarına daxil olmuşdur. 1992-ci ildə Bakı şəhəri ətrafındakı hərbi hissələrdən birində xidmət etmişdir. Xocalı, Goranboy rayonlarında gedən döyüşlərdə iştirak etmişdir. 1993-cü ildə ona kiçik leytenant rütbəsi verilməklə Füzuli-Cəbrayıl uğrunda gedən döyüşlərə göndərilmişdir. 1994-cü il fevralın 10-da mühüm əməliyyatı yerinə yetirərkən snayper gülləsindən qəhrəmancasına həlak olmuşdur. Meyiti iki gün Ardı »

Azərbaycanın müharibələri‎Aqil Quliyev (milli qəhrəman)

Həyatı[redaktə]
Quliyev Aqil Sahib oğlu 1963-cü il sentyabr ayının 19-da Qərbi Azərbaycanın Qarakilsə rayonunun Urud kəndində doğulmuşdur.

1980-ci ildə məktəbi bitirmiş və Neft Akademiyasına daxil olmuşdur. Üçüncü kursda oxuyarkən hərbi xidmətə çağırılmışdır. Ordudan tərxis edildikdən sonra yarımçıq qalmış təhsilini davam etdirmiş, 1985-ci ildə Xarkov Ali Milis Məktəbinə daxil olmuşdur.

1988-ci ildə ermənilər Qərbi Azərbaycan torpaqlarından soydaşlarımızı deportasiya edərkən onun da ailəsi bu təcavüzə məruz qalmışdır. Aqil ailəsini Bakıya gətirmiş, burada müvəqqəti sığınacaq tapmışdır.

Döyüşlərdə iştirakı[redaktə]
Sonra Milli Ordunun qərargahına gələrək cəbhəyə göndərilməsini xahiş etmişdir. O, 45 nəfər döyüşçü ilə Ağdama göndərilmiş, rota komandiri təyin olunmuşdur. Onun kiçik qardaşı Nəsimi də Vətənin müdafiəsinə qalxmış, erməni işğalçılarına qarşı Ardı »

Azərbaycanın müharibələri‎Knyaz Abbasov

Knyaz Əliqulu oğlu Abbasov . Qarabağ müharibəsində şəhid olub. (d. 1963, Ağdam rayonu, Yusifcanlı kəndi - ö. 27 Noyabr, 1992, Ağdam rayonu, Mərzili,kəndi)

Həyatı[redaktə]
Knyaz Əliqulu oğlu Abbasov 1963-ci ildə Ağdam rayonunun Yusifcanlı kəndində anadan olub. 1992-ci il noyabrın 27-də Ağdam rayonunun Mərzili kəndi uğrunda gedən döyüş əməliyyatında həlak olmuşdur. Ardı »