Azərbaycanın müharibələri → Qarmonçu Abutalıb
Həyatı[redaktə]
Abutalıb Kərbəlayı Muxtar oğlu Yusifov 1884-cü ildə Şuşa şəhərində anadan olub. Abutalıbın atası Kərbəlayı Muxtar uzun illər məşhur mərsiyəxan və xanəndə olmuş, tarzən Əli Əsgər ilə birlikdə Qarabağ-İran məclislərində çıxış etmişdir. Artıq Abutalıb iyirmi yaşında kamil bir qarmonçu kimi xalq şənliklərində şöhrət qazanır. Eyni zamanda o, tar çalmağı da öyrənir. Beləliklə, istedadlı çalğıçı toylarda qarmonda oyun havalarını çalmaqla, xanəndəni də sədəfli tarında müşayiət edərdi.
Atası vəfat etdikdən sonra Abutalıb məşhur xanəndə Məşədi Məmməd Fərzəliyevlə birlikdə Gəncəyə, oradan Tiflis şəhərinə gedir.
O, Tiflisdə verilən teatr tamaĢalarında, «şərq konsertləri»ndə, ədəbi gecələrdə yaxından iştirak edir, çoxmillətli Tiflis tamaşaçılarının hədsiz hörmət və rəğbətini qazanır.
Dərin lirizm, zərif duyğu, Ardı »