Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Azərbaycanın müharibələri‎Adil Baxşəliyev (tarixçi)

Həyatı[redaktə]
Baxşəliyev Adil Baxşəli oğlu 1959-cu ildə Ağdam şəhərində anadan olub. 1976-cı ildə Ağdam şəhər 3 nömrəli orta məktəbi "əla" qiymətlərlə bitirib. 1977-ci ildə Xankəndi Pedaqoji İnstitutunun Tarix fakültəsinə daxil olub, 1981-ci ildə həmin fakültəni fərqlənmə diplomu ilə bitirib. Həmin ildən də Əsgəran rayonunun Xocalı kəndində ilk pedaqoji fəaliyyətinə başlayıb. 1983-cü ildə indiki AMEA-nın Tarix İnstitutuna dissertant qəbul olunub. 1990-cı ildə Azərbaycan Pedaqoji İnstitutunun Şuşa filialına müəllim vəzifəsinə təyin edilib.

1996-cı ildə "XVII əsrin 40-cı illərində Azərbaycanın sosial-iqtisadi vəziyyəti və mədəni həyatı (E.Çələbinin "Səyahətnaməsi" əsasında)" mövzusunda namizədlik dissertasiyası müdafiə edərək tarix elmləri namizədi elmi dərəcəsinə layiq görülüb. 2005-ci ildə isə "Səfəvilər dövründə Azərbaycanın Ardı »

Azərbaycanın müharibələri‎Mikayıl Mustafayev (şəhid)

Həyatı[redaktə]
Mikayıl Murtuzəli oğlu Mustafayev 3 oktyabr 1974-cü ildə Ermənistan Respublikasının Amasiya rayonunun (Ağbaba mahalı) Düzkənd kəndində anadan olub. 1981-ci ildə həmin kəndə orta məktəbə gedib. 1988-ci ildə erməni millətçilərinin azərbaycan ailələrini Erməistandan çıxartması ilə əlaqədar didərgin düşərək ailələri ilə birlikdə Daşkəsən rayonunun Bayan kəndində məskunlaşmışdır. 1991-ci ildə Bayan kəndində orta məktəbi bitirmişdir.

1992-ci ildə hərbi xidmətə çağrılmışdır. Vətən üğrunda gedən doyüşlərdə iştirak etmişdir. 28 fevral 1993-cü il tarixdə Ağdərə rayonu ərazisində gedən (Canyataq-Gülyataq) döyüşlərdə şəhid olmuşdur.Daşkəsən şəhərində şəhidlər xiyabanında dəfn olunmuşdur.Bitirdiyi Bayan kənd orta məktəbinə onun adı verilmişdir. Ardı »

Azərbaycanın müharibələri‎Daşqın Əliyev

Həyatı[redaktə]
Əliyev Daşqın Bəşir оğlu 1976-cı ildə Azərbaycan Respublikasının Ağdərə rayоnunun Manikli kəndində anadan olmuşdur. Qaçqın düşdükdən sonra Bərdə rayоnunun Yеni Daşkənd kəndində məskunlaşıblar. Tovuzun Əlibəyli, Vahidli kəndlərində döyüşmüşdür. 12 mart 1997-ci ildə Maraldağ yüksəkliyində minaya düşərək əmisi oğlu Elşən Əliyev ilə birlikdə şəhid olmuşdur. Bərdə rayоnunun Yеni Daşkənd kəndində dəfn оlunmuşdur. Ardı »

Azərbaycanın müharibələri‎Nazim Quliyev

Həyatı[redaktə]
Quliyev Nazim Qabil oğlu 7 fevral 1967-ci ildə Beyləqan rayonunun Örənqala kəndində anadan olmuşdur. 1982-ci ildə kənd orta məktəbini bitirdikdən sonra hərbi xidmətə çağırılmışdır. Xidmətini başa vurduqdan sonra isə doğma yurda qayıdır.

Döyüşlərdə iştirakı[redaktə]
1988-ci ildə ermənilərin soydaşlarımıza qarşı törətdikləri vəhşiliklərlə barışa bilməyən Nazim könüllü müdafiə dəstələrindən birinin tərkibində döyüşlərə atılır. Nazim 1991-ci ildə Füzuli rayonunda polis nəfəri kimi işə qəbul olunur. Füzuli rayonunda rəşadətlə vuruşan Nazim onlarla yaralını, dinc sakini təhlükəsiz əraziyə çıxara bilmişdi. O, Cuvarlı, Tuğ, Məlikcanlı, Arış kəndlərində rəşadətlə vuruşmuşdur. 9 yanvar 1992-ci il Kovşad kəndi uğrunda ağır döyüşlər gedirdi. 7 əsgərimiz mühasirədə qalmışdı. Nazim idarə etdiyi BTR-lə düşmənin üzərinə Ardı »

Azərbaycanın müharibələri‎Səyyarə Səyyaf

Həyatı[redaktə]
Səyyarə Səyyaf 1979-cu il iyulun 18-də Ağdam şəhərində anadan olub. Orta məktəbi Quba rayonunda bitirib. Məktəbi bitirdikdən sonra 1996-cı ildə Tibb Texnikumunun əczaçılıq fakültəsinə qəbul olunub, daha sonra 1998-ci ildə Təfəkkür Universitetinin jurnalistika fakültəsinə daxil olub və 2002-ci ildə əmək fəaliyyətinə başlayıb. 2002-2005-ci illərdə Lider televiziyasında müxbir vəzifəsində işləyib. İTV-də "Ovqat" ədəbi-bədii verilişinin aparıcısı olub. Hazırda AzTV-də yayımlanan "Səhər sovqatı" verilişinin aparıcısıdır.

Selcan adlı bir qızı var. Ardı »

Azərbaycanın müharibələri‎Girov (film, 2005) - Filmin heyəti

Filmin heyəti[redaktə]
Film üzərində işləyənlər[redaktə]
İdeya : Eldar Quliyev
Ssenari müəllifləri : Eldar Quliyev, Natiq Rəsulzadə
Quruluşçu rejissor : Eldar Quliyev
Quruluşçu operator : Rafiq Quliyev
Quruluşçu rəssam : Mayis Ağabəyov
Bəstəkar : Səyavuş Kərimi
Səs operatoru : Əsəd Əsədov
Qrim üzrə rəssam : Elbrus Vahidov
Geyim üzrə rəssam : Məlahət Hümbətova
Rejissor : Akif Rüstəmov
Montaj edən : Gülşən Səlimova
Operator : Rəşad Nuriyev
Dekor rəssamı : Əziz Məmmədov
Redaktor : Vaqif Məmmədov
İcraçı prodüserlər : Vladimir Dudniçenko, Arif Səfərov
Prodüser : Xamiz Muradov
Çalır : Ağacəbrayıl Abbasəliyevin idarəsilə Azərbaycan Xalq Çalğı Alətləri ansamblı
Muğamların ifaçısı : Teyyub Aslanov
Musiqi redaktoru : Rauf Əliyev
Rejissor qrupu : Elman Qasımov, Nonna Müzəffərova, Çingiz Həsənov, Anar Quliyev
Operator qrupu : Rasim Nəbiyev, Ceyhun Quliyev, Ardı »

Azərbaycanın müharibələri‎Eyvaz Zeynalov

Həyatı[redaktə]
18 yanvar 1950-ci ildə Ağdam rayonunda anadan olub. S.Bayramov adına Ağdam 1 nömrəli orta məktəbi 1969-cu ildə, V.İ.Lenin adına APİ-nin dil-ədəbiyyat fakültəsini 1973-cü ildə bitirib.

“Qəlibə sal” adlı ilk hekayəsi hələ orta məktəbin 9-cu sinfində oxuyarkən “Lenin yolu” qəzetində çap olunub.

1990-cı ildə “Yazıçı” nəşriyyatında “Rəngsiz yuxu” (povest, hekayələr) adlı ilk ki¬tabı çapdan çıxmıb. 1999-cu ildə “Bahalı şokolad qutusu”, 2007-ci ildə “Qırmızı almalar” (uşaqlar üçün) kitabları, 2006-cı və 2009-cu illərdə “Qarabağ hekayələri” (təkmilləşdirilmiş, artırılmış iki nəşr), 2007-ci ildə “Hekayələr”, 2008-ci ildə “Qış günəşi” (povestlər, hekayələr), 2013-cü ildə “Bələdçi” (iki roman: “Bələdçi” və “Qisas”) kitabları çap edilib.

2010-cu ildə Tiflisdə iki dildə - azərbaycan və Ardı »

Azərbaycanın müharibələri‎Azərbaycan-Ermənistan müharibəsi (1918-1920)

Azərbaycan-Ermənistan müharibəsi , 1917də Oktyabr inqilabı dan sonra başlamışdır. Demokratik Ermənistan Respublikası qurulduqdan sonra Azərbaycan torpaqları üzərində haqq iddia edən Ermənilər 1917-1922 arasında Azərbaycan türklərinə hücum etdilər.

Çoxu hücum nizamlı ordu formasında olmadı. Bu hücumlar ümumiyyətlə Azərbaycan türklərinin kəndlərinin basılıb Azərbaycan türklərinin qırğına uğraması ilə bitdi. Beləcə kəndlər boşalıb yox olurdu. Nəticədə torpaqlar Ermənilərə buraxılırdı. Daha sonra Azərbaycan Demokratik Respublikası quruldu.Osmanlı İmperiyası Erivanı boşaldıb Iğdır Düzənliyinə çəkilməsi Erməniləri qiyam qaldırdırdı və döyüş başlamış oldu (1920). Ermənilər döyüş daxilində partizan taktikası tətbiq etdi. Beləliklə Ermənilər torpaqlarını genişlədərkən Azərbaycan türklərini də öldürürdülər.Amma döyüşün gerçək səbəbi daha da köhnədir.

Bu döyüşün səbəbi Ermənilərin Azərbaycan ilə Naxçıvan Ardı »