Qafqaz Albaniyası → Alaniyada Sənətkarlıq
Metalişləmə
Ayrı-ayrı yerlərdə indiyədək qalmaqda olan metal, daş və ağac əmək alətləri Albaniyanın iqtisadiyyatını öyrənmək üçün xüsusi əhəmiyyətə malikdir. Bunlar dəmir oraqlar, çapacaqlar, bıçaqlar, qayçılar, bizlər, iynələr, dən daşları, kirkirə daşları, sürtgəclər, bülöv daşlardan ibarətdir.
Xınıslı, Nüydü, Qırlartəpə, Yaloylutəpə, Qaraköbər, Torpaqqala və Albaniyanın digər məskənlərində forması və ölçüsü müxtəlif olan əl dəyirmanları, o cümlədən qayıq şəklində çox iri dən daşları aşkar edilmişdir. Eramızın I-II əsrlərindən başlayaraq işlədilən kirkirə daşlarının tapılması dən üyüdülməsinin yeni, mütərəqqi üsullarının tətbiqi ilə bağlıdır. O dövrdə xeyli miqdarda dişli oraqların olması əkinçilik sahəsində, xüsusən biçin prosesində əmələ gələn tərəqqini arxeoloji cəhətdən təsdiq edir. Arxeoloji tədqiqatlar zamanı aşkar edilən bitki Ardı »