Qafqaz Albaniyası → Güllü qoruq (Çaqqallı)
Qəbələ şəhər xarabalığından 3-4 km Şərqdə yerləşir. Onun Şimal tərəfini indiki Tövlə kəndi ilə qoruq arasındakı meşəlik,Cənub tərəfini isə süni torpaq sədd və böyük bir əkin sahəsi,Qərb tərəfini Covurlu çay,Şərq tərəfini Qocalan çay sərhədləndirir.Covurlu çay Güllü qoruq ilə Qəbələ şəhər xarabalığı arasında təxminən 2 km enində eyni adlı dərədən axır.
İndiki zamanda Güllü qoruq 50 hektaradək sahəsi olan əkin yeridir.Əkin sahəsinə çevrilməzdən əvvəl burada yastı təpələr,qədim qəbristanlıq,pir yerləri və həddindən artıq cırlaşmış qızılgül kolları olmuşdur.Məhz qızılgül kollarına görə yerli əhali buranın bir hissəsini Güllü qoruq adlandırmışdır.Bu qoruq yararlı əkin sahəsinə çevrildikdən sonra kəsəyənlə qidalanmaq üçün bura çoxlu çaqqal gəldiyinə görə yerli əhali Ardı »