Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Qafqaz AlbaniyasıKatolikos I Yelizar

Katolikos I Yelizar - Alban knyazlarından biri. Böyük alban hökdarı Cavanşirin vaxtında katolikosluq edib və altı il kürsüdə oturub. Moisey Kalankatlı onun haqqında yazır: "O, Şəki kilsə dairəsindən seçilmişdi. O, Mesrobun Kişdə gizlətdiyi Müqəddəs xaçı əldə etdi. Onun hissəciyini götürüb yüz iyirmi qızıl dehqan olan sandıqçaya qoyub üstündə "Bu Yelizara məxsusdur" sözlərini yazdırdı. O, əmr etdi ki, hər il Kişdə Xaç bayramı keçirilsin." Ardı »

Qafqaz AlbaniyasıDop sülaləsi

Tarixi
Dop sülaləsi adını Yuxarı Xaçın knyazı I Həsənin xanımı Dop xatunun (Դաւփ – Dop Dəfnə adının erməni dilinə uyğunlaşdırılmış formasıdır.) adından almışdır. Dop özü isə Sarkis Zaxari-Dolqaruki və Saakanduxt Artsruninin qızı olmuşdur. Əri I Həsənin ölümündən sonra Dop xatun Yuxarı Xaçının (Zar) hakimi olmuşdur. Bu tarixdən sonra Yuxarı Xaçının hakim sülaləsi Dop sülaləsi (Dopyanlar) adlanmışdır ki, bu dünya tarixində qadın adı ilə adlandırılmış çox az sülalələrdən biridir.
Dop sülaləsi çiçəklənmə dövrünü XIII əsrdə - Qafqazda monqol hökmranlığı dövründə yaşamışdır. I Həsən və Dop xatunun oğlu I Qriqor Dop və Saak Sevadanın oğlu birlikdə monqol sərkərdəsi Baycu noyonun Mesopotamiya yürüşündə (1242—1243) iştirak etmişdi.

Sülalənin Ardı »

Qafqaz AlbaniyasıKatolikos XI İohannes

Katolikos XI İohannes — Albanların LXXXXI yaxud LXXXXII katolikosu.

Katolikosluğu[redaktə]
Xaçın məliyi I Allahverdinin oğlu idi.Gəncəsər monastırında katolikos siyahısında göstərilir. Katolikos V Nerses ölmədən öncə qardaşı nəvəsi İsraili Gəncəyə təyin edərək katolikosluğu ona tapşırmışdı. Buna görə İohannes daima İsraillə mübarizə aparırdı. 1765-ci ildə Erməni Qriqoryan Kilsəsinin konkordatı ilə Alban kilsəsinin bağlılığı bir daha təsdiq olundu və İsrailin müstəqilliyi lənətləndi. 22 yanvar 1783-cü ildə II Yekaterinaya məktub yazaraq xristianların qorunmasını tələb edən İohannes Qarabağ xanı İbrahim xanın qəzəbi ilə hesablaşmalı oldu. 1786-cı ildə İbrahim xanın əmri ilə İohannes edam olundu. Ardı »

Qafqaz AlbaniyasıSünik sülaləsindən olan hakimlər

IV əsr[redaktə]
Vaginak
Antioks Süni
Babik
V əsr[redaktə]
Vaginak
Vasak Süni
Varaz Vaan
Qdexon
Babken
Vayots-Zor hakimləri[redaktə]
821-ci ildə Vasakın ölümündən sonra onun böyük oğlu Filipe Sünikin böyük bir hissəsini öz hakimiyyəti altında birləşdirdi. Kiçik oğlu Saak isə Göyçə gölü ətrafındakı əraziləri hakimiyyəti altına alaraq burada hakimiyyətdə olmuş Sünik sülaləsindən olan Qeqarqunik haykazunlarının hakimiyyətini davam etdirdi.

Filipe Süni
Babken Süni
Vasak İşxanik
Aşot Süni
Smbat Süni
Vasak Süni
X əsrdə Vasak Süni Dəbili Şəddadilərdən azad etməyə cəhd etsə də, döyüşdə məğlub oldu. Bu hadisədən sonra, Vayots-Zorun Sünik sülüləsindən olan hakimləri öz nüfuzlarını itirdilər. X əsrin 70-80-ci illərindən etibarən Sünikin siyasi mərkəzi bir qədər cənuba – Balk havarına (müasir Qafan) keçdi. Vayots-Zor hakimliyi I Smbatın dörd oğlundan (Smbat, Saak, Vasak, Ardı »

Qafqaz AlbaniyasıKatolikos VI İohannes

Katolikos VI İohannes — Albanların LV katolikosu.

Katolikosluğu[redaktə]
Katolikos III Stepannosdan sonra kürsüyə gəlmişdi. Əsl adı Vrtanes olub Bjni kəndindən idi. Katolikoslar nəslindən olduğu deyilən Vrtanes Gəncədə Əmir Əmiran Ömər tərəfindən katolikos təyin olunmuşdu və ona İohannes adı ilə kürsü verilmişdi. Bu hadisənin keçirilməsi əmirin əmri ilə təmtəraqla qeyd edilmişdi.

Son dövrləri[redaktə]
Katolikosluğun son dövrlərini Çərəktar monastırında keçirən İohannes Atabəylər dövlətinin içində gedən müharibələr səbəbi ilə Mxarqrdzeli knyazlarının dəvəti ilə qərbə keçdi və Həmşivəng kompleksi tikilməyə başlandı. Lakin Cəlal əd-Din Məngburninin hücumu bu tikintini yarıda qoymağa məcbur oldu. Ardı »

Qafqaz AlbaniyasıDvin kilsə yığıncağının qətnaməsində pavlikanlar

Movses Xorenski bu iki vilayət əhalisinin həyəcan və narazılığını qeyd etmişdir; o yazır ki, "Balasakan ölkələrində bir yalançı nəzəriyyə çox yayılmışdı və Girdiman vadisində də həmin bidətin ardıcılları var idi". Bunu Moisey Kalankatlı da təsdiq edir. Erməni katolikosu İlyanın xələfi katolikos Odzunlu İohann (717-728) "pavlikianlara qarşı" xüsusi məktub yazmışdır və bu məktub pavlikianları pisləmiş Dvin kilsə yığıncağının "32 qaydasının" əsasını təşkil etmişdir: "Pavlikianlar adlanan murdar msxne təriqətçilərinə öz evində yataq yeri vermək, yaxud onlara qoşulmaq, onlarla oturub-durmaq, söhbət etmək olmaz, əksinə, onlardan tamamilə uzaqlaşmaq, iyrənmək və onlara nifrət etmək lazımdır, çünki onlar şeytan balası və əbədi atəşin közərtiləridir; əgər birisi onlara Ardı »

Qafqaz AlbaniyasıQafqaz Albaniyası

Albaniya və ya Qafqaz Albaniyası (lat. Albānia, erm. Աղուանք, fars. اران‎, yun. Αλβανεια, Ağvan, Arran və ya Alban çarlığı) — tarixi Azərbaycan ərazisində, müasir Azərbaycan, Ermənistan və Gürcüstanın bir hissəsi, həmçinin Cənubi Dağıstan ərazilərində mövcud olmuş tarixi dövlət. Eramızdan əvvəl təqribən IV-III əsrlərdə formalaşmış, eramızın VIII əsrində Ərəb xilafəti tərəfindən işğal edilmişdir. Paytaxtı əvvəlcə Qəbələ, sonra isə Bərdə şəhərləri olmuşdur. Eramızın IV əsrində xristian dinini rəsmi dövlət dini elan edən Alban dövləti mövcudluğunun sonuna qədər bu və ya digər dərəcədə xristian ideologiyasının təsir dairəsində olmuşdur.

Görkəmli qafqazşünas tarixçi Yevgeni İqnatyeviç Krupnov yazırdı:

"Albaniya tarixinin öyrənilməsi işində heç bir məhdudiyyət və məcburiyyət olmamalıdır. Albaniya Ardı »

Qafqaz AlbaniyasıKatolikos VII Simeon

Katolikos VII Simeon — Albanların LXXXXIII yaxud LXXXXIV katolikosu.

Katolikosluğu[redaktə]
Ləqəbi "kiçik" idi.Gəncəsər monastırında katolikos siyahısında göstərilmir. Katolikos XI İohannesin seperatçı və ruspərəst meylinə görə İbrahim xan İsraili katolikos kimi təsdiqlədi və Gəncə yepiskopluğunu ona verdi. İsrail 1806-cı ilədək İbrahim xan tərəfindən katolikos kimi dəstəkləndi və Amaras monastırı ona verildi. Bir tərəfdən də Katolikos VII Simeonun yurisdiksiyasını tanıdığını elan edən xan bununla məliklərin gücünü azaltmağı özünə məqsəd qoymuşdu. Yeris Mankants monastırı ona verilmişdi. Ardı »