Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Qafqaz AlbaniyasıII Konstantin ilə əlaqələri

Xəlifə Əlinin zamanında daxili ziddiyyətlər xilafəti ciddi şəkildə zəiflədir və bundan istifadə edən Cavanşir vergiləri ödəməkdən imtina edir. Albaniyanın müstəqilliyi üçün indi artıq birbaşa təhlükə xəzərlər və bizanslılar tərəfindən gözlənilirdi. O, Bizans imperatoru II Konstantinlə məktublaşır və bir neçə dəfə onunla görüşür.

“Sənə hökmdar Cavanşirə, Girdıman sahibinə və Albaniya knyazına, apoipata və proton patrika və Şərqin hökmdarına — Xilaskar Xaçın ilahi qüvvəsindən mərhəmət və bərəkət, bizim imperator şəxsimizdən isə salam və məhəbbətimiz. Sənin Allaha məhəbbət və itaətinlə dolu təbrik məktubunualdıq və biz şadıq ki, sən və sənin Şərq məmləkətinbizə tabe olmağa razı oldunuz. Buna görə biz və bizim oğullarımız əbədi olaraq suzə, Ardı »

Qafqaz AlbaniyasıKatolikos Petros

Katolikosluğu[redaktə]
Katolikos VI Davuddan sonra taxta çıxıb və altı il taxtda oturub. Katolikos VII Davuddan sonra kürsüyə çıxıb və on səkkiz il kürsüdə oturub. Moisey Kalankatlı və Mxitar Qoş onun Girdiman yepiskopluğundan seçildiyini qeyd edir. Mxitar Qoş onun haqqında yazır: "Hələ sağ ikən o, katolikos taxtndan əl çəkmiş və öz yerini Parisosdan olan müqəddəs ata Moiseyə vermişdir." Ardı »

Qafqaz AlbaniyasıAtrnerseh

Atrnerseh (doğum tarixi bilinmir – 870) – Xaçın knyazı. Səhl ibn Sunbatın kiçik oğlu. 821-ci ildə alban hökmdar sülaləsi Mehranilərin son nümayəndəsi olan Spramla evlənmişdir. Adernersehin hakimiyyəti əsasən Yuxarı Xaçın ərazisini əhatə etmişdir. Onun malikanəsi Zar kəndi ərazisindəki Ləv qalasında yerləşmişdir. 854-cü ildə atası və qardaşı ilə birgə ərəblərə qarşı üsyanda iştirak etmiş, ərəb sərkərdəsi Buğa tərəfindən həbs edilmiş və Samirə şəhərinə göndərilmişdi. Atrnersehin əsirlikdə olduğu müddətdə hakimiyyətdə onu həyat yoldaşı Spram əvəz etmişdi. Spram geniş quruculuq işləri ilə məşğul olmuş, Zarda Yenivəng kilsəsini inşa etdirmişdi. Əsirlikdən yalnız Atrnerseh qayıtmış və hakimiyyəti ələ almışdır. O, Ləv qalasını bərpa etdirmiş, eyni zamanda Ardı »

Qafqaz AlbaniyasıPavlikanlar hərəkatı

Tarixçilərin pavlikanlar haqqında fikirləri[redaktə]
Ziya Bünyadov qeyd edir ki, indiyədək heç bir tədqiqatçı deməmişdir ki, pavlikian hərəkatının meydana gəlməsi Albaniya ilə əlaqədardır. Yalnız Q. M. Bartikyan qeyd etmişdir ki, çox qədimdə pavlikianların adı "ən uzaq Qafqaz Albaniyasında da" çəkilirdi.

Y.E.Lipşis, St.T.Melik-Baxşyan, L.Q.İohannisyan, F.Konnibir və digərləri belə zənn edirlər ki, pavlikian hərəkatı VI əsrdə törəmişdi, lakin Q.Bartikyan Matenadaranda olan iki sənəd əsasında sübut edir ki, bu hərəkat VII əsrdə meydana gəlmişdir.

Partav kilsə yığıncağının qətnaməsində pavlikanlar[redaktə]
Bu əlyazmalarında aşkara çıxarılmışdır ki, ən qədim bir mənbədə: 706- 707-ci illərdəki Partav kilsə yığıncağının qətnaməsində pavlikianların adı çəkilir. Qətnamənin tam mətni belədir:

""Müqəddəs Qriqoridən başlayaraq, sıra ilə otuz birinci katolikos Ardı »

Qafqaz AlbaniyasıAlban - İqtisadi həyat

Pul tədavülü
Azərbaycan Respublikası ərazisində aparılan arxeoloji qazıntılar zamanı müxtəlif bölgələrdə yerləşən arxeoloji abidələrin antik və erkən orta əsrlər qatlarından Qafqaz Albaniyasında istifadə edilmiş yüzlərlə sikkə nümunələri əldə edilmişdir. Həmçinin Qəbələ, Torpaqqala, Xınıslı, Mingəçevir arxeoloji qazıntıları zamanı sikkə dəfinələri də aşkarlanmışdır.

Arxeoloji qazıntılar zamanı Qafqaz Albaniyası ərazisindən aşkar edilmiş ən erkən sikkə nümunələri Makedoniyalı İsgəndərin adından kəsilmiş draxma və tetradraxmalardır. Sonrakı dövrlərdə isə Albaniyada Makedoniyalı İsgəndərin sikkələrinə bənzər yerli təqlidi sikkələr meydana gəlmişdir.

Bundan başqa Qafqaz Albaniyasında Roma imperiyası, Parfiya və Bizans hökmdarlarının sikkələrindən, həmçinin yerli hökmdarların adlarından kəsilmiş sikkələrdən istifadə edilmişdir.

Albaniya dövləti yaranana qədər Azərbaycanda ticarət uzun müddət sadə əmtəə mübadiləsi formasında aparılmışdır. Ardı »

Qafqaz AlbaniyasıHereti

Hereti, Ereti və ya Şəki — Qafqaz Albaniyasının vilayətlərindən biri. Cənubi Qafqazda, indiki Azərbaycan Respublikası ərazisinin qərbində, indiki Gürcüstan Respublikası ərazisinin şərqində və indiki Dağıstan Respublikası (RF) ərazisinin cənubunda yerləşən əraziləri əhatə etmişdir. Ərəblərin Azərbaycana yürüşləri ərəfəsində, 787-ci ildə ərazidə Şəki knyazlığı adlı feodal qurumu formalaşmışdır. .

Adı[redaktə]
D.Musxeleşvili Şərqi Gürcüstanın tarixi coğrafiyasına dair kitabında ərazini "Hereti" adı ilə təqdim etsə də, qeyd edir ki, "Gürcü mənbələrində X əsrə qədər Hereti barədə heç bir məlumat yoxdur. D.Musxeleşviyə görə gürcülər bu dövləti ən yaxın qonşularının, qədim alban tayfalarından biri olan her tayfasının adı ilə, ərəblər onu paytaxtı Şəki şəhərinin adı ilə, ermənilər və Ardı »

Qafqaz AlbaniyasıCavanşir qalası

Cavanşir qalası - İsmayıllı rayonu, Talıstan ərazisində yerləşən qala.

Qafqaz Albaniyasında Mehranilər sülaləsinin hakimiyyəti dövründə hökmdar Cavanşir tərəfindən tikdirilən qala onun adını daşıyır. Qalanın inzibati mərkəz kimi istifadə olunduğu güman edilir.

Qala İsmayıllı rayonunun Talıstan kəndindən 4 km şimalda, Ağcaçayın sağ sahilində yerləşir. Əsas hissə və "içqala"dan ibarətdir. Əsas hissənin cənub divarlarının qalınlığı 2 m, hündürlüyü isə 10 m-dən çoxdur. Düzgün olmayan çoxbucaqlıyla "içqala" dağın ən hündür yerində tikilmişdir. Qalanın şimal qurtaracağında eni 2 m, uzunluğu isə 50 m olan divar çıxıntı var. Divar silindirvari bürclə tamamlanır. Müdafiə istehkamıdır. Qaladan təqribən 7 km məsafədə yerləşən "Qız qalası"na yeraltı yolun olması güman edilir. Qalanın Ardı »

Qafqaz AlbaniyasıKatolikos I Yelizar

Katolikos I Yelizar - Alban knyazlarından biri. Böyük alban hökdarı Cavanşirin vaxtında katolikosluq edib və altı il kürsüdə oturub. Moisey Kalankatlı onun haqqında yazır: "O, Şəki kilsə dairəsindən seçilmişdi. O, Mesrobun Kişdə gizlətdiyi Müqəddəs xaçı əldə etdi. Onun hissəciyini götürüb yüz iyirmi qızıl dehqan olan sandıqçaya qoyub üstündə "Bu Yelizara məxsusdur" sözlərini yazdırdı. O, əmr etdi ki, hər il Kişdə Xaç bayramı keçirilsin." Ardı »