Maraqlı melumatlar → Müqərrəbun mələklər hansılardır?
[color=#039b80]Ərəb dilindən tərcüməsi «yaxınlaşdırıl¬mış» deməkdir. Qurani-kərimdə qiyamət günündə möminlərin Allah dərgahına ən yaxın məqamda olacaqları bildirilir. Allaha yaxın olan möminlər axirətdə ön cərgədə duracaq (Vaqiə, 11), behişt çeşməsindən su içmək şərəfinə nail olacaqlar (Mütəffifin, 28).
Quranda Həzrət İsa Peyğəmbər (ə) də Allaha yaxın olanlardan (müqərrəbin) sayılıb (Ali-İmran, 45).
«Müqərrəbun» həm də üstün dərəcəli bəzi mələklərə verilən addır. Quranın əksər ayələrində mələklərdən ümumi şəkildə, heç bir fərq qoyulmadan söhbət açılsa da, bəzi ayələrdə «müqərrəbun mələklər» deyə seçki edilir (Nisa, 172; Mütəffifin surəsinin 21-ci ayəsindəki «müqərrəbun» sözünü də mələklərə aid edirlər). Müqərrəbun mələklərin hansılar olduğu Quranda konkret göstərilmir. İmam Fəxr Razi Nisa surəsinin 172-ci ayə¬sinin Ardı »