Maraqlı melumatlar → İslam Xeyir Qapısıdır
İslam xeyirli iş və saleh əməllərlə məşğul olmağa, zərər və şər gətirən işlərdən isə uzaq olmağa çağırır. Nə xırda, nə də böyük bir faydalı iş yoxdur ki, islam bizi ona tərəf istiqamətləndirməsin. O, təkcə Allaha ibadət etməyə, ona heç bir şeyi şərik qoşmamağa və ona inanmağa çağırır.
İnsanları elmə və biliyə sövq edir. Sözdə və əməldə ədalətli və dürüst olmağı, yaxşılığı, qohum-əqrəba, qonşu, dost və bütün insanlarla gözəl münasibət saxlamağın vacibliyini əmr edir. İslam yalançılığın, zülmün, qəddarlığın, itaətsizliyin, paxıllığın, əxlaqsızlığın, xəyanətin və fırıldaqçılığın əleyhinədir. O, eyni zamanda vəfalı olmağın, səmimiliyin, birliyin, həmrəyliyin, qarşılıqlı məhəbbətin və əliaçıqlığın tərəfdarıdır. İslam düşmənçiliyi, bir-birinə kin-küdurət bəsləməyi, Ardı »