Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Maraqlı melumatlarKÜFR NƏ DEMƏKDİR? (Başqalarına Kafir Damğası vurmamaq)

Allaha özünün razı olduğu qədər, yaratdıqlarının sayı qədər, şükür və təriflər olsun. Onun göndərdiyi bütün elçilərə, onların ardınca gedənlərə, onlara gözəlliklə tabe olanlara Uca Allahın salamı və xeyir bərəkəti olsun.
Sonra bilinməlidir ki, Uca Allah insanı gözəl bir şəkildə yaratdı. Qurani Kərimin 95-ci (surəsi olan Tin surəsinin dördüncü ayəsində bunu Allah Təala) açıq aşkar bəyan edir: «Bir insanı ən gözəl bir surətdə xəlq etdik».

Sonra Uca Allah zaman-zaman ilk yaradılışını unutmaması üçün insana öz cinsindən olan, yəni insan olan elçiləri ilə onlara ilk yaradılışlarını xatırladan, onları təmizləyən, onları sevən, onların yaxşı olmasını istəyən, aqibətlərinin xeyirli olması üçün onları istiqamətləndirən peyğəmbərlər göndərdi. Allahın dəvətinə, Ardı »

Maraqlı melumatlarRƏSULULLAHIN ÜMMƏTİ ÜZƏRİNDƏKİ HAQLARI (ikinci)

Ona tabe olmaq və ona asi olmaqdan çəkinməkdir. Ona iman gətirmək və gətirdiklərini təsdiq etmək vacib olduğu kimi, ona iatət etmək də vacibdir. Çünki, bu da onun gətirdiyi şəriətin bir hissəsidir. Allah taala buyurur: “Ey iman gətirənlər! Allaha və Onun Peyğəmbərinə itaət edin, eşitdiyiniz halda, ondan üz döndərməyin!” (əl-Ənfal, 20) Həmçinin, “Peyğəmbər sizə nəyi verirsə, onu götürün, nəyi qadağan edirsə, ondan çəkinin!” (əl-Həşr, 7)

Uca Allah buyurur: “Onun əmrinə qarşı çıxanlar başlarına gələcək bir bəladan, yaxud düçar olacaqları şiddətli bir əzabdan həzər etsinlər!” (ən-Nur, 63) Başqa bir ayədə Allah sübhənahu və taala belə buyurur: “Hər kəs Allaha və Peyğəmbərinə itaət edərsə, Allah Ardı »

Maraqlı melumatlarVəhabiliyin Tarixçəsi

Mәhəmməd ibn Əbdül-Vəhhab hicri qəməri tarixi ilə 1111-ci ildə (1691 m. t.) anadan olmuş və 1206-cı ildə (1786 m. t) vəfat etmişdir. Hənbəli məzhəbinin dini elm ocaqlarına daxil olaraq Üyəynə şəhərinin savadlı şəxslərindən bir çox fənnləri əxz etdi. O, təhsilini təkmilləşdirmək məqsədi ilə Mədinə şəhərinə getməli oldu. Daha sonra İbn Əbdül-Vəhhabın İslam ölkələrinə səfəri başladı. Dörd il Bəsrədə, beş il Bağdadda qaldıqdan sonra İrana gələrək Kürdüstan əyalətində bir il, Həmədanda isə iki il müddətində məskən saldı. O, fəlsəfə və təsəvvüf (sufilik, irfan) elmlərini İranın İsfаhan və Qum şəhərlərində öyrəndikdən sonra Hicaza qayıtdı. Səkkiz ay evdə ibadətlə məşğul olduqdan sonra öz Ardı »

Maraqlı melumatlarHicabın şərtləri

1) Hicab – dar olmayan, qadının bədənini başdan ayağa örtən, üzündən, əllərindən başqa bədənin hər yerini örtən geyimdir. Allah buyurur: Ya Peyğəmbər! Zövcələrinə, qızlarına və mö’minlərin övrətlərinə de ki, (evdən çıxdıqda cariyələrə oxşamasınlar deyə, bədənlərini başdan-ayağa gizlədən) örtüklərini örtsünlər. Bu onların tanınması (cariyə deyil, azad qadın olduqlarının bilinməsi) və onlara əziyyət verilməməsi üçün daha münasibdir. Allah bağışlayandır, rəhm edəndir! (Əhzab:59)

Hicabın özü də zinət kimi olmamalıdır, yəni paltarın üstündə bəzəkli naxışlar, cürbəcür rənglər olmamalıdır. çünki bu, naməhrəmlərin onun naxışlı və bəzəkli paltarına baxmasına səbəb ola bilər və onları cəlb edə bilər və elə hicabın özü də zinət kimi olar, halbuki Allah deyir, Ardı »

Maraqlı melumatlarTövbə edib namaza başlamaq istəyən bir qardaşımız

sual-
Salam! Mən sizin gördüyünüz bu xeyir əmələ görə sizə dərin minnətdarlığımğ bildirirəm və bu xeyriyyəciliyinizin qarşılıqsız qalmayacağına əminəm. Allah sizin köməyiniz olsun.
Sizdən bir xahişim var, əgər mənə namazın qılınma qaydasını göndörsəniz və ya bu qaydanın hansısa bir səhifədə olduğunu mənə desəniz Allaha itaət edənlərdən birinin də artacağına əmin ola bilərsiniz. Mən bu günə qədər çox günah işlər tutmuşam. Bu günah işlərin Axirətdə məni yandıracağından da haliyəm. Bağışlayan Allaha günahlarımın bağışlanılması üçün hər gün dua edirəm və namaz qılaraq islamın qanunlarına riayət etmək istəyirəm. Bu istək, qanunları pozmaq qorxusu deyil, bu sırf Allahın mərhəmətinə sığınmaq üçün mənim əl atdığım vasitədər.
İsmarıcı oxuduğunğza görə Ardı »

Maraqlı melumatlarCənnət və cəhənnəm......

Cənnət və cəhənnəm......

Cənnət və Cəhənnəmin insanların əbədiyyən qalmaq üçün girəcəkləri yer olduqları yerdir. Cənnət və Cəhənnəm yaradılmışdır. İndi də vardır. Əbədiyyən yox olmazlar.

Peyğəmbər – sallallahu aleyhi və səlləm – gecə namazına qalxdıqda bu duanı deyərdi: «Həmd yalnız sənədir. Haqq olan sənsən. Sənin vədin də haqdır. Sənə qovuşmaq da haqdır. Sözün də haqdır. Cənnət də haqdır. Cəhənnəm atəşi də haqdır. Bütün peyğəmbərlər də haqdır. Məhəmməd də haqdır. Qiyamət də haqdır». Ubadə b. Samit – radıyallahu anhu – rəvayət edir ki, Rəsulullah – sallallahu aleyhi və səlləm – buyurdu: «Kim şəhadət etsə ki, Allahdan başqa haqq ilah yoxdur, Məhəmməd onun qulu və Rəsuludur, İsa – Ardı »

Maraqlı melumatlarHami Oxusun.Cox MARAQLI VE LAZIMLI ..Dində And I

Əgər bir şəxs bir işi yerinə yetirəcəyinə yaxud tərk edəcəyinə and içsə, məsələn oruc tutacağını yaxud siqaret çəkməyəcəyinə and içsə, bilə-bilə andı ilə müxalif etdiyi təqdirdə günah etmiş olur və kəffarə verməlidir, yəni bir qul azad etməli yaxud on fəqiri doydurmalı və yaxud onları geyindirməlidir. Əgər bunları yerinə yetirməsə üç gün ardıcıl oruc tutmalıdır.
Andın bir neçə şərti vardır:
1. And içən şəxs yetkinlik həddinə çatmalı və ağılllı olmali, öz iradə və ixtiyarı ilə and içməlidir. Deməli, uşaq, dəli, sərxoş və məcbur edilən şəxsin andı düzgün deyildir. Həmçinin əsəbi halda ixtiyarsız və məqsədsiz and içsə də, düzgün deyildir.
2. And içib yerinə Ardı »

Maraqlı melumatlarİmаm Hаdidən (ә) Qırх Hәdis

İmаm Hаdidən (ә) qırх hәdis
-1-
“Cәmiyyәtdә әdаlәt zülmdәn çох оlduğu zаmаn әmin оlmаyаnа qәdәr bir kәsә bәdgümаn оlmаq hаrаm vә аmmа cәmiyyәtdә zülm çохаldığı zаmаn mәlum оlmаyаnа qәdәr hәr kәsә еtibаr еtmәk düzgün dеyildir.”

-2-
“Dünyа bir bаzаrdır ki, bәzilәri хеyir qаzаnаr, bәzilәri isә zәrәr görәrlәr.”

-3-
“Оyаq qаlmаq yuхunun lәzzәtini duymаq üçün, аc qаlmаq isә yеmәyin lәzzәtini duymаq üçündür vә hәm dә bu iş insаnı gеcә оyаq qаlmаğа (ibаdәt еdәrәk) vә gündüzlәri оruc tutmаğа sövq еdәr.”

-4-
“Hәqiqәtәn, Аllаh dünyаnı bәlаlаr еvi, ахirәti isә әbәdiyyәt mәnzili qәrаr vеrmişdir. Bеlәliklә, insаn dünyаdаkı bәlаlаrlа ахirәtin sаvаbını qаzаnır vә ахirәt sаvаbı dа bәlаlаrsız vеrilmir.”

-5-
“Әgәr bir şәхslә Ardı »