Maraqlı melumatlar → DÜNYANIN HƏQİQƏTİNİ AÇIQLAYAN MİSALLAR
Birinci misal
Qulun üç halı vardır. Birincisi, qulun mövcudiyyətindən öncəki halıdır ki, o halda heç nə olmamışdır, ikincisi, öldüyü andan sonu olmayan əbədi halıdır. Onun ruhu bədəndən çıxdıqdan sonra ya Cənnətdə, ya da Cəhənnəmdədir. Sonra ruhu bədəninə qaytarılır.
Əməllərindən asılı olaraq iki əbədi dünyanın birində qalacaqdır. Bu iki hal arasında mövcud olan üçüncü hal mövcudiyyəti ilə ölümü arasında olan orta haldır ki, bu da onun yaşadığı həyatıdır. Dünyada yaşayacağı günə baxsın və əvvəlki iki halla müqayisə etsin, onda dünyadakı ömrünün bir göz qırpımından da az olduğunu bilər. Kim dünyaya bu gözlə baxsa, ona etibar etməz və günlərinin sıxıntılı, dar, geniş və rifah içində Ardı »