Maraqlı melumatlar → Günah mənə yaraşmır, amma əfv etmək Sənə elə yaraşır ki...
Hər möminin həyatında duanın yeri çox yüksəkdir. Dualarla Uca Rəbbinə əl açan bəndə ətrafında hər şeyi bir tərəfə buraxıb ancaq Ondan imdad diləyir. Dua bəndənin Yaradana yönəlməsi, əl açıb dərdini söyləməsi, çarə diləməsidir. Dua
çox sirli, gizli bir ibadət formasıdır. İnsanın acizliyini dərk edərək hər şeyin Sahibindən imdad diləməsidir. Dua Rəbbi qarşısında əyilən bəndənin ən uca məqamıdır.
Qurani-Kərim duanın önəmindən bəhs edərkən bildirir: “Qullarım Məni Səndən soruşsalar, bilsinlər ki, Mən çox yaxınam.
Mənə dua edənin duasını qəbul edərəm (Bəqərə surəsi/186)”
“Mənə dua edin ki, duanızı qəbul edim (Mömin surəsi/60)”
“Duanız olmasa, Allah qatında sizin nə dəyəriniz olar? (Furkan surəsi/77)”
Göründüyü kimi, hər insanın dəyəri onun duası nisbətində Ardı »