Maraqlı melumatlar → Dua möminin silahıdır
Dua bəlaları geri çevirmək üçün ən faydalı vasitədir. Bəlaların qarşısını alar və ya xəfiflədər.Müsəlman dua edərkən onun ədəb və fəzilətinə uyğun etməlidir. Allah cəmi müsəlmanların dualarını qəbul etsin!
Duanın fəziləti.
Duanın fəzilətləri, səmərəsi sayıb bitirilməyəcək qədər çoxdur. Bununçün təkcə onun ibadətin bir növü olmasını qeyd etmək kifayətdir. Hətta, nəinki ibadətin bir növü, ibadətin bütünüdür desək yanılmarlq. Necə ki, Allah Rəsulu buyurur: “Dua ibadətdir” (Tirmizi) Duanı tərk etmək Allaha ibadətdə təkəbbürə dalmaq, Allahın əmrləri önündə acizliyini inkar etməkdir. Allah-təala buyuur: “Rəbbiniz buyurdu: "Mənə dua edin, Mən də sizin dualarınızı qəbul edim! Mənə ibadət etməyi təkəbbürlərinə sağışdırmayanlar Cəhənnəmə zəlil olaraq girəcəklər!” (Mömin 60) Bu ayə Ardı »