Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Maraqlı melumatlarQurani Kərim. 2. Bəqərə ('İnək') surəsi (120-140 a.y)

"Bismillahir rahmani rəhim"

121. Kitab verdiyimiz kəslər onu layiqincə oxuyurlar. Onlar ona iman gətirənlərdir. Onu inkar edənlər isə ziyana uğrayanlardır.
الَّذِينَ آتَيْنَاهُمُ الْكِتَابَ يَتْلُونَهُ حَقَّ تِلَاوَتِهِ أُولَٰئِكَ يُؤْمِنُونَ بِهِ ۗ وَمَنْ يَكْفُرْ بِهِ فَأُولَٰئِكَ هُمُ الْخَاسِرُونَ

122. Ey İsrail oğulları! Sizə bəxş etdiyim nemətimi və vaxtı ilə sizi aləmlərdən üstün etdiyimi xatırlayın
يَا بَنِي إِسْرَائِيلَ اذْكُرُوا نِعْمَتِيَ الَّتِي أَنْعَمْتُ عَلَيْكُمْ وَأَنِّي فَضَّلْتُكُمْ عَلَى الْعَالَمِينَ

123. Qorxun o gündən ki, o vaxt heç kəs heç kəsə fayda verə bilməyəcək, heç kəsdən bir fidyə qəbul edilməyəcək, heç kəsin şəfaəti fayda verməyəcək və onlara kömək göstərilməyəcək.
وَاتَّقُوا يَوْمًا لَا تَجْزِي نَفْسٌ عَنْ نَفْسٍ شَيْئًا وَلَا يُقْبَلُ مِنْهَا عَدْلٌ وَلَا تَنْفَعُهَا Ardı »

Maraqlı melumatlarİSLAMDA GENC OĞLAN QIZ_2 _NİN ARDI.

Qezeblendirmeyek.

Sual olunur: Men bir genc qızam. bir oğlanla, birbirimizi sevirdik. Uzun müddet elaqede olduq, oğlan meni bir gün başdan çıxarıb, menimle eleqede oldu.Ve sonra meni almadı başqasıyla evlendi. İndide menimle yene görüşmek isteyir. Birde o, menle elaqede oldu, men qız deyilem artıq. Men neyleyim?

Cavab: Evvela diyim ki, sizin ki sevgi olmayıb. Sizin artıq evli bir beyle görüşmeniz, hem İslami hemde ürfü (yeni cemiyyetin baxışı) baxımdan qebul edilmezdir.Sizin tek çıxış yolunuz o oğlanla evlenmekdedir, bu hem İslami hemde ürfü baxımdan caizdir. Bir kişi iki qadınla evlene biler amma bir qadın iki kişiye ere gede bilmez. Siz çalışın o oğlanla evlenin. Bu Ardı »

Maraqlı melumatlarÖLÜM ANINDA İNKAR EDƏNLƏRİN YAŞADIQLARI PEŞMANÇILIQ

Yaşadıqları müddətdə insanlara Allah (c.c.)dan qorxub çəkinmələrini, sonsuz cənnət və cəhənnəm həyatının varlığını, hesab günü üçün hazırlıq etmələrinin vacib olduğu bir neçə dəfə xatırladılar. Ancaq inkarçılar bu çağrılara hər dəfə mənfi cavab verər vəbu qiymətli öyüddən faydalanmazlar. Məhzbu səbəblə də, ölümlə qarşılaşdıqlarında yaşadıqları böyük peşmançılığın əsl səbəblərindən biri, “öz əlləri ilə” özlərini belə bir vəziyyətə soxmuş olmalarıdır. Kimsə onları məcbur etməmişdir, ancaq onlar bu pis sonu özləri hazırlamışdır. Ölüm anı ilə birlikdə inkarçılar böyük bir əzab çəkməyə başlayarlar. Bu əzabın başlanğıcı, Allah (c.c.)ın ayələrdə bildirdiyi kimi, ölüm anında yaşanan böyük qorxudur. O gün insanların yaşadığı qorxunu Rəbbimiz belə xəbər verir:
(Ölüm qorxusundan) Ardı »

Maraqlı melumatlarTÖVBƏ DİLƏMƏK ÜÇÜN ƏN YAXŞI VAXT

(İslami saytlara istinadən)

Dua və ibadətin saatı

Gecə və gündüz ərzində xüsusi saat, ay ərzində xüsusi gün və il ərzində xüsusi ay tövbə etmək və Allahdan üzr istəmək üçün qənimət hesab edilməlidir.

Əgər bu dövrü insan ömrünün qızıl dövrü adlandırsaq, bu əməlin dəyərli nəticəsi haqda nə desək - azdır. O kəs ki, səadətin nadir tapılan kamal və mənəviyyatının axtarışındadırsa, gərək bu qızıl fürsətlərdən istifadə etsin.

Hər gecənin səhəri

Tövbə etməyin ən dəyərli vaxtlarından biri səhər çağıdır. Allah öz saleh bəndələri haqda danışarkən buyurur: “Onlar gecələr az yatırdılar. Səhərlər isə Allahdan məğfirət diləyərdilər”. (“Zariyat” 17,18). Bütün peyğəmbərlərin, övliyaların yanaşması belə idi ki, səhər çağı istiğfarı tərk Ardı »

Maraqlı melumatlarAyətül-kürsi oxumağın fəzilətləri

"Ayətül-kürsi” Qurani-kərimin Bəqərə surəsinin 255-ci ayəsinə verilən addır. Ayədə “Allahın kürsisi” ifadəsi işlədildiyi üçün, ona bu ad verilmişdir.

Əslində burada oturmaq üçün istifadə edilən kürsidən söhbət getmir; çünki Allah cism deyil və oturmaq üçün vasitəyə ehtiyacı yoxdur. Ayədəki “kürsi” ifadəsi Allahın qüdrət və hökmranlığının, elminin simvolu kimi işlədilib. Ümumiyyətlə, ayətül-kürsi Allah-təalanın böyüklüyünü, əzəmətini nümayiş etdirən, Onun bəzi sifətlərini açıqlayan ən bariz ayələrdən biridir.
Bəzən Bəqərə surəsinin 256-cı və 257-ci ayələrini də bura əlavə edir və hər üç ayəni birlikdə ayətül-kürsi adlandırırlar.

İslam ənənəsində ayətül-kürsidən bir çox çətinliyi aradan qaldırmaq məqsədilə istifadə edilir. Bu, ən müxtəlif mənəvi, psixoloji, maddi problemləri həll etmək üçün universal vasitədir. Ardı »

Maraqlı melumatlarHeç bir müsəlmanı alçaq görmə!

Bismillahir Rəhmanir Rəhim...
Salam və Salavat olsun sonuncu peyğəmbərimiz Məhəmməd (s.a.a.) Peyğəmbərə və onun Ailəsinə, Pak Əhli-Beytə (ə).
Allahın Salamı olsun İslam Yolunu gedənlərə və İslama Doğru gələnlərə...
Peyğəmbər Əfəndimiz (s.a.v.) Hz. Əbu Bəkirə (s) belə buyurdu:

"Ya Əbu Bəkir! İnsanların dünyaya qaçdığını gördüyün zaman sən axirət üçün çalış.

Hər zaman və hər yerdə Allahu Təalanı zikr et.

Sən Allahu Təalanı zikredərsən o da səni zikr (rəhmət və mərifətiylə rəftar edər).

Müsəlmanlardan heç kimi alçaq görmə. Çünki müsəlmanların kiçikləri Allahu Təala nəzdində daha böyükdür. "

"Qənaət bitməz tükənməz xəzinədir."

Allahu Təala-tərcümə olaraq-: "Dünya həyatındakı məişəti biz bölünməz etdik." (Zuxruf, 32) buyurdu.

Hədisi-şərifdə: "Allahın sənə təqdir buyurduğuna razı olsan insanların ən zəngini Ardı »

Maraqlı melumatlarUtanıram, Allahım

Utanıram Allahım
On dörd əsr öncə çəkilən əziyyətləri bilincə
Boş-boş səbəbləri problem kimi böyütdüyümə görə
O Allah dostlarının çəkdikləri o qədər əziyyəti və usanmadıqlarını düşününcə
Utanıram şikayətləndiyim o günlərə, səbəbsiz üzüldüyüm "çarə"li çarəsizliklərimə görə
İmkansız sandığım hər bir şeyi önümə düzülmüş görüncə
Utanıram kimsəm yoxmuş kimi darıldığım günlərə görə
həmdə anam atam olduğu halda
Oysa Sultanlar Sultanının (s.a.v.) nə anası oldu nə atası.
İmkanım və zamanım olduğu halda dəyərləndirmədiyim günlərə görə
Cahillik dönəmini yaşamışıq deyə
Utanıram yuxumu ibâdətimə tərcih etdiyim gecələrə görə
həmdə Rəbbə ən yaxın vaxtın gecə olduğunu bilə-bilə.
Duanın rədd olunmadığı o misilsiz gecələrdə
alnımı səccadəmdə yetərincə tutmadım deyə
Əlimi dua üçün açamadığım gün və gecələrə görə
Utanıram Rəbbimin və Rəsûlunun (s.a.v.) adını yetərincə zikr Ardı »

Maraqlı melumatlar: Peyğəmbərdən (s.a.v) sonra xəlifə kimdir? (Vilayət ayəsi və həqiqətən Həzrəti Əli səcdədə ikən zə

«Vilayət ayəsi»
Deyilən ayə budur: "Sizin haminiz ancaq Allah, Onun Peyğəmbəri və iman gətirənlərdir. O kəslər ki, tam mütiliklə (Allaha) namaz qılır və zəkat verirlər." (əl-Maidə: 55. )

Onlar bu ayənin təfsirində Əlidən (r.a) bir hədis nəql edirlər. Rəvayətdə deyilir ki, Əli namaz vaxtı rüku halında olarkən bir nəfər kasıb insan gəlib sədəqə, başqa rəvayətə görə zəkat istədi. Bu zaman Əli üzük olan əlini kasıba tərəf uzatdı və o da Əlinin (r.a) barmağından üzüyü götürdü. Sonra Allah təala bu ayəni nazil etdi: "Sizin haminiz ancaq Allah, Onun Peyğəmbəri və iman gətirənlərdir. O kəslər ki, (Allaha) namaz qılır və rükuda olduqları halda zəkat verirlər." Ardı »