Maraqlı melumatlar → ƏSMƏUL HUSNƏ (ƏN GÖZƏL İSİMLƏR)-HƏQQ
əl-Həqq – Haqq, Həqiqət mənasındadır. Qurani kərimdə 285 ayədə keçir. Kəsin olaraq sabit olma, gərəkli olan (sübut, vacib) mənasında işlədilir. «Şübhəsiz onların çoxunun üzərinə o, söz (əzab) haqq olmuşdur». (Yasin 7). Burada Haqq oldu – sabit, vacib oldu deməkdir. «O, günahkarlar istəməsə də Allah haqqı sabit və üstün edəcəkdir». (əl-İsra 81).
«De ki: «Haqq gəldi. Batil yox oldu». (əl-İsra 81). Bəzən zülmün əksi olan ədalət: «Allah haqq (ədaləti) hökm edər». (əl-Mumin 20). Bəzən hissə, pay: «O, kəslər ki, onların mallarından müəyyən bir haqq (pay) vardır». (əl-Məaric 24). «O, gün onlar Allahın açıq-aşkar haqq olduğunu biləcəklər». (ən-Nur 25). İbn Abbas (r.a) Ardı »